Klinton öz kitabında siyasi kariyerası ərzində rastlaşdığı problemlərdən bəhs edir. Sabiq dövlət katibi müsahibəsi zamanı Amerikanın dünya siyasətində vacib yer tutduğu, kitabda da məhz bu barədə müxtəlif məsələlərin işıqlandırıldığını qeyd edib.
Hillari Kliton bir qədər əvvəl 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəyinə eyham vurmuşdu.
Kitabında Türkiyənin baş naziri barədə də yazan xanım Klinton Rəcəb Tayyib Ərdoğanın güclü, təsir qüvvəsinə malik dindar bir siyasətçi olduğunu qeyd edib.