Vaxt.Az

“LG Electronics” smartfon bazarından çəkildi


 

Cənubi Koreya şirkət bütün haqlarını və 46 patentini Çinə satdı

“LG Electronics” smartfon bazarından çəkildi “LG Electronics smartfon” istehsalını tamamilə dayandırdı. Proqram yeniləmələri və texniki dəstək xidmətləri sona çatdı, patentlər“Vivo” şirkətinə satıldı. İstifadəçilər kiber təhlükələrə qarşı həssas vəziyyətdə qala bilər. Bəs bu vəziyyətdə hansı addımlar atılmalıdır?

Cənubi Koreyanın aparıcı texnologiya korporasiyası “LG Electronics”, smartfon sektorundan tamamilə çıxdığını rəsmi olaraq bəyan etdi. 2021-ci ildə başlayan çıxış prosesini tamamlayan şirkət, 30 iyun 2025-ci il tarixində Android proqram yeniləmə serverlərini deaktiv edərək smartfon istehsalına son qoydu.  Keçmişdə “Nokia” və “Samsung” kimi qlobal liderlərlə rəqabət aparan “LG Electronics”, artıq texniki dəstək, təmir xidmətləri və ehtiyat hissələri təchizatını təmin etməyəcək. Son altı il ərzində mobil bölməsində 4,5 milyard ABŞ dolları məbləğində maliyyə zərəri ilə üzləşən şirkət, Çinli rəqiblərin üstünlüyü, effektiv olmayan marketinq strategiyaları və proqram təminatı yeniləmələrindəki çatışmazlıqlar səbəbindən qlobal bazar payını 1 faizdən aşağı səviyyəyə endirdi. “LG Electronics” resurslarını elektrikli avtomobil texnologiyaları, robototexnika və ağıllı ev sistemləri kimi innovativ sahələrə yönəltməklə strateji transformasiyaya başlayıb. “LG” Smartfon İstifadəçilərini nə gözləyir?

Vaxt.az-ın təhlilinə əsasən, “LG” smartfon istifadəçiləri ciddi çətinliklərlə üzləşə bilər.

Təhlükəsizlik yeniləmələrinin dayandırılması: Cihazlar artıq təhlükəsizlik dəstəyi almayacaq və kiber təhdidlərə qarşı həssas vəziyyətdə qalacaq. 

Ehtiyat hissələri və təmir xidmətlərinin məhdudlaşdırılması: Xarab hissələr rəsmi kanallar vasitəsilə əldə oluna bilməyəcək, səlahiyyətli servis mərkəzlərinin fəaliyyəti dayandırılıb. 

Texniki dəstəyin ləğvi: İstifadəçilər LG-nin müştəri xidmətlərindən dəstək ala bilməyəcəklər.

 

Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyət “LG” cihazlarını kiber hücumlara qarşı müdafiəsiz vəziyyətə sala bilər.

 

Patentlər “Vivo” şirkətinə transfer olundu

 

“LG Electronics” mobil sektordan çıxışını tamamlamaq məqsədilə 46 strateji patentini Çin texnologiya nəhəngi “Vivo”ya satdı. Video sıxışdırma texnologiyaları ilə əlaqəli bu patentlər “Vivo”nun gələcək cihazlarının inkişafında istifadə olunacaq.

 

“LG” Smartfon sahibləri üçün tövsiyələr

 

Sənaye ekspertləri LG istifadəçilərinə aşağıdakı rəsmi tövsiyələri verir:  Yeni cihaza keçid planlaşdırılması: Təhlükəsizlik risklərinin qarşısını almaq üçün istifadəçilər təcili olaraq müasir smartfon modellərinə keçid etməlidirlər. 

Məlumatların surətinin köçürülməsi: Şəxsi məlumatlar, o cümlədən şəkillər, kontaktlar və digər vacib fayllar etibarlı şəkildə köçürülməlidir. 

Özəl servis mərkəzlərinə müraciət: Cihazlarda yaranan texniki problemlər üçün yalnız özəl texniki servis mərkəzləri xidmət göstərə bilər.

Sənaye müşahidələrinə görə, “LG smartfon” istifadəçilərinin böyük əksəriyyəti “Samsung Galaxy” kimi alternativ markalara keçid etməyə başlayıb.  

 





11.07.2025    çap et  çap et