Vaxt.Az

“60 yaşındayıq, camaat”


 

Mişel Obama boşanma dedi-qodularını alovlandırdı

“60 yaşındayıq, camaat” Mişel Obama həyat yoldaşı Barak Obama ilə boşanacaqları barədə şayiələri yenidən alovlandırdı.

Keçmiş “first lady”, IMO podcastinin üç gen əvvəlki bölümündə Culya Lui-Dreyfusla uşaqlarının artıq onlarla birlikdə yaşamaması və həyat yoldaşının prezidentlik fəaliyyətini tərk etməsi barədə danışdı.

Mişel “Seinfeld” serialının aktrisasına “Həyatımın bu mərhələsində ilk dəfə tam azadam”, – deyib.

“Artıq verdiyim hər seçimdə azadlıq hissi var; qərarlarım nə həyat yoldaşımla, nə onun karyerasıyla, nə ailəmlə, nə də uşaqlarımın ehtiyacları və ya getdikləri yerlərlə bağlı deyil. Tamamilə mənimlə bağlıdır”.

“Elə o zaman yaşamağa başlayırıq, xanımlar”.

1992-ci ildə ailə quran Mişel və Barak Obamanın 26 yaşlı Maliya və 24 yaşlı Saşa adlı iki qızı var.

Cütlüyün birlikdə görünməməsi son aylarda onların boşanacağına dair spekulyasiyalara yol açıb. Lakin Mişel keçən ay NPR-ın “Wild Card podcast”ində dedi ki, onların tez-tez fotoşəkil çəkdirməməsi yaşları ilə bağlıdır.

“Həyat yoldaşımla görüşə çıxarkən görüntülənməməyimiz evliliyimizin bitdiyi barədə şayiələrinə səbəb olur. Yəni, bəli, həyatımızın hər dəqiqəsini “İnstagram”da paylaşmırıq. 60 yaşındayıq, camaat. Gündəlik nə etdiyimizi görə bilməzsiniz.”

Boşanma şayiələri ilk dəfə Mişelin Cimmi Karterin dəfn mərasimi və ABŞ Prezidenti Donald Trampın yanvar ayındakı andiçmə mərasiminə qatılmaması ilə bağlı ortaya atılmışdı.

NPR-ın sözügedən bölümündə Mişel, ictimaiyyətin gözləntilərindən asılı olmayaraq bu tədbirlərə qatılmamaq qərarını belə izah etdi: “Bu il verdiyim ən vacib qərarlardan biri yerimdən tərpənməyib dəfn mərasimlərinə, andiçmə mərasimlərinə və iştirak etməli olduğum bütün tədbirlərə qatılmamaq idi. Bu, ““Gəlin etməli olduğum şeyləri, dünyanın mənim üçün gözlədiklərini bir kənara qoyub nə etmək istədiyimi mən müəyyən edim” deməyin bir hissəsi idi. Bunlar mənim seçimlərimdir. Reaksiya necə olursa olsun, qərarımın arxasında durmalı və onu qəbul etməli idim. Amma peşman deyiləm, başa düşürsünüz? Bu artıq mənim həyatım və bunu indi deyə bilirəm”.

Aprel ayında “Work in Progress podcast”ində Sofiya Buşla qonaq olarkən boşanacağına dair söylentiləri də şərh etmişdi.

Boşanıb-boşanmayacağı barədə soruşanlara belə cavab vermişdi: “Maraqlı olan odur ki, “Xeyr” dediyim zaman insanlar əksər hallarda “Başa düşdüm, problem yoxdur” deyirlər”.

 





12.07.2025    çap et  çap et