Ölkə parlamentinin üzvü Əbülfəz Zöhrəvənd son çıxışında fars şovinizminin və fars-şiəçiliyinin riyakarlığını açıq şəkildə ortaya qoydu. O, belə dedi: “Söhbət İrandan gedirsə, Hüseynin qanı cəhənnəmə! Biz Əhəmənilərin genini qorumalıyıq”.
Bu ifadə sıradan bir yanlışlıq deyil. Bu, yüz ildən artıqdır davam edən fars mərkəzçiliyinin, islam və şiəlik pərdəsi altında gizlədilmiş irqçi mahiyyətinin açıq etirafıdır.
İllərdir fars mollaları və rejimin ideoloqları “Hüseyn yolu”, “Kərbəla məktəbi”, “Zülmə qarşı çıxmaq” kimi dini şüarlarla türkləri və digər millətləri aldadır. Amma bu gün görünür ki, əgər İran adlanan yerin siyasi gələcəyi onların əlindən çıxarsa, farslar bu şüarlardan dərhal imtina edərlər.
Əbülfəz Zöhrəvəndin dediyi kimi: “Hüseynin qanı cəhənnəmə”, – yəni, əsas məsələ şiəlik yox, fars millətçiliyidir.
Bu yanaşma bir daha göstərir ki, fars-molla rejiminin dini ideoloqlarının iddia etdiyi “farslar yeganə millətdir ki, Hüseynin qanını qoruyub” kökundən yalandır. Çünki farslar, öz hakimiyyətlərini itirmək qorxusu ilə üzləşən kimi bir anda İslam və Hüseynin müqəddəsliyinə təhqir etməyə başlayırlar.
Bu, sübut edir ki, rejimin mərkəzində duranlar üçün şiəlik yalnız siyasi idarəetmə və insanları aldatmaq üçün bir vasitədir.
Təəssüflər olsun ki, bu qədər açıq-aşkar riyakarlığa baxmayaraq, hələ də bəzi insanlar fars mollalarına inanaraq onların arxasınca sürünürlər.
Zöhrəvəndin belə təhqir edici çıxışı göstərir ki, İran-fars molla rejimi nə həqiqi dini rejimdir, nə də ədalətə, insanlığa əsaslanır. Bu ideoloji siyasi rejim elə Pəhləvi dövrünün fars millətçiliyinə əsaslanan şiə örtüyünə bürünmüş faşist rejimidir.