Ayla İdrisova xüsusilə Azərbaycanın milli qəhrəmanlarından biri olan Albert Aqarunovun şəxsiyyətinə qarşı yönəlmiş kampaniya aparır. O, Aqarunovun milli qəhrəman adını almasını onun yəhudi olması ilə əlaqələndirir və bunu “siyasi seçim” kimi təqdim etməyə çalışır. Halbuki faktlar tamam fərqlidir.
Bu qadının paylaşımlarindan çıxan nəticəyə görə Azərbaycan hökumətinin fəxri adları təqdim etməsində döyüşçülərin qəhrəmanlığı yox dini və milli mənsubiyyətinə görə verildiyini görmək olur.
Albert Aqarunov Qarabağ müharibəsi zamanı tankçı olaraq Şuşanın müdafiəsində misilsiz qəhrəmanlıq göstərib. Onun tankla düşmən mövqelərinə hücumları, döyüş meydanında sərgilədiyi şücaət və həyatını təhlükəyə ataraq onlarla hərbçini xilas etməsi rəsmən sənədləşdirilib. O, düşmən tərəfindən hədəf alınaraq tankda şəhid olub və göstərdiyi xidmətlərə görə Azərbaycanın ən ali fəxri adı olan Milli Qəhrəman adına layiq görülüb.
Digər tərəfdən, Məhəmməd Eissavi də Vətən Müharibəsində iştirak edib şəhid olub. Lakin Eissavinin döyüş yolu daha məhduddur və o, Xocavənd istiqamətində döyüşlərdə həlak olub. Onun qəhrəmanlığı layiqincə qiymətləndirilib və ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Lakin Eissavinin fəaliyyətində Albert Aqarunov səviyyəsində genişmiqyaslı taktiki qəhrəmanlıq faktları qeydə alınmayıb ki, bu da Milli Qəhrəman adına təqdim edilməsinin hüquqi əsaslarını zəiflədir.
Ayla İdrisovanın bu iki şəhidin müqayisəsində dini və etnik ayrı-seçkilik mövqeyi tutması, faktların təhrifinə və Azərbaycanda antisemit əhval-ruhiyyənin qızışdırılmasına xidmət edir.
Azərbaycanda milli qəhrəman adına layiq görülmüş digər milli azlıqların da (rus, ukraynalı, ləzgi, talış və s.) nümayəndələri olduğu halda nədən məhz yəhudi əsilli milli qəhrəmanımıza qarşı kompaniyanın başlanılması sual doğurur.
Azərbaycan Konstitusiyası və dövlət siyasətinə zidd mövqe
Azərbaycan dünyəvi, çoxmillətli və tolerant bir dövlətdir. Konstitusiyanın 25-ci və 47-ci maddələri ölkədə irqi, dini və etnik ayrıseçkiliyi qadağan edir. Ayla İdrisova isə öz çıxışları ilə bu prinsipləri sarsıtmağa çalışır. O, İranın Azərbaycana qarşı yönəlmiş təhdidlərinə göz yumaraq, İslamı siyasi alətə çevirir və Azərbaycanda radikal dini meylləri təbliğ edir. Onun fəaliyyəti açıq-aşkar milli maraqlara, dövlətin müstəqilliyi və ərazi bütövlüyünə ziddir. Bu qadın diniirqiayriseckilk ehtiva edən , yəhudi və xristianlara dostluğu qadağan edən paylaşım edərək ölkədə təxribat yaratmağa çağırış edir.
Təxribatçı şəbəkələr və təhlükə siqnalları
Ayla İdrisova eyni zamanda İran xüsusi xidmət orqanları ilə əlaqəli olan İranda yerləşən Mirağa Dadaş adlı separatçının çağırışlarını paylaşır. Ayla İdrisovanın təxribatçı təbliğatında istinad etdiyi Mirağa Dadaş Azərbaycanın suverenliyinə qarşı çıxışlar edən, Azərbaycan hüquq mühafizə orqanları tərəfindən rəsmi axtarışda olan şəxslərin Azərbaycan dövlətinə qarşı aktiv mübarizə aparan və terrorçularin rəhbərlik etdiyi İranda yerləşən “Hüseyniyyun” terror təşkilatının üzvləri ilə sıx əlaqələri olan şəxsdir. O, həmçinin Azərbaycanda rəsmən axtarışda olan
“Hüseyniyyun” terror təşkilatının təşkilatçılarundan olan Orxan Məmmədov kimi ekstremistlərlə — Azərbaycanda çevriliş etməyə cəhd etmiş və “Kərimə Dövləti” qurmaq niyyətində olan qurupun lideri ilə münasibətlərini gizlətmir, sosial şəbəkələrdə bu şəxslərlə olan birgə şəkillərindən və videolarindan bunu aydın görmək olar.
Bu cür fəaliyyətlər Azərbaycan üçün ciddi təhlükə siqnalıdır. Ayla İdrisova və onun dəstəkçiləri həm dini ayrıseçkiliyi qızışdırmaq, həm də Azərbaycan cəmiyyətində parçalanma yaratmaq məqsədi güdürlər.
Milli təhlükəsizlik və cəmiyyətin birliyi naminə:
Azərbaycanın müstəqil siyasəti, İsrail və digər tərəfdaşlarla əlaqələri dövlət strategiyasının vacib hissəsidir. Bu əlaqələri gözdən salmağa çalışan, tolerantlıq mühitini pozan və cəmiyyətdə nifaq toxumu səpən təbliğatçılara qarşı hüquqi tədbirlər görülməsi zəruridir. Dövlətimizin maraqları, milli təhlükəsizlik və vətəndaş həmrəyliyi bu cür dağıdıcı fəaliyyətlərə qarşı sıfır tolerantlıq tələb edir.
Albert Aqarunovun adı əbədiləşdirilib, onun qəhrəmanlığı dövlət başçısı İlham Əliyev tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib. Ayla İdrisovanın iddiaları isə əsassızdır və yalnız Azərbaycan cəmiyyətini parçalamağa yönəlmiş təxribat xarakteri daşıyır.
Biz heç vaxt imkan vermərik ki, Ayla İdrisova kimi dini ekstremistlər və təxribatçılar milli qəhrəmanlarımızın ruhunu və yaxınlarını incitsin. Albert Aqarunov Azərbaycan xalqının Milli Qəhrəmanıdır. Biz Milli qəhrəmanımızın qeyrətini çəkməyə, şərəfini qorumağa borcluyuq. Albertin yaxınları da bu təxribata görə narahat olublar, onlara demək istəyirəm ki, Albert Azərbaycan xalqının ölməz qəhrəmanıdır, Albert sizin ailənin hüdudlarından kənara çıxaraq xalqın mənəvi dəyərinə çevrilib.
Azərbaycan dünyaya tolerantlıq nümunəsidir. Bu tolerantlıği heç kim sarsıda bilməz.