“The Guardian” qəzetinin məlumatına görə, keçmiş baş nazir Liz Trass və lobi qrupu “Great British Pac”, heykəllərin iadesi barədə danışıqları “gizli və qanunsuz” adlandıran məktub hazırlayıblar.
Məktub Baş nazir Kir Starmer, mədəniyyət naziri Liza Nandi və Britaniya Muzeyi nəzarət heyətinə göndərilib. Məktuba imza atanlar, London hökumətini heykəllərin Britaniya Muzeyindən çıxarılma prosesini sürətləndirəcək gizli görüşlər aparmaqda ittiham edir və hüquqi addımlar atmaqla hədələyirlər.
Məktubu hazırlayan “Great British Pac” qrupuna aktivist Kler Bullivant və “Reform UK” partiyasının sədr müavini Ben Həbib rəhbərlik edir. Pakistan mənşəli Həbib, ötən ilin iyulunda partiyanın lideri Nigel Fərəc tərəfindən üzvlükdən çıxarılmışdı.
Ekstremizm əleyhinə kampaniya qrupundan “Hope not Hate” ötən ay açıqlamasında bildirib ki, “Great British Pac” üzvlərinin 13-ü internetdə radikal sağçı komplo nəzəriyyələri yaymaqda, bəzilərinin isə Hitler tərəfdarı və antisemitik məzmun paylaşmaqda ittiham olunub.
Kler Bullivant isə “The Guardian”a iddiaları “qarayaxma kampaniyası” adlandırıb.
İmzacıların arasında yer alan Liz Truss, 6 sentyabr 2022-də ölkənin baş naziri təyin edildikdən 50 gün sonra, iqtisadi islahat planlarına qarşı sərt etirazlar səbəbindən istefa vermişdi.
Oksford Universitetinin Arxeologiya Bölməsindən Den Hiks bildirib ki, “Elgin Mərmərləri”nin təhvili əleyhinə səslənən tənqidlər əsassızdır və “Great British Pac” qrupunun maliyyələşmə mənbələri açıqlanmır.
Korfu şəhərindəki İyon Universitetinin qanunsuz antik əsər qaçaqçılığı üzrə tədqiqatçısı Kristos Tsirogiannis qeyd edib ki, hər iki ölkənin ictimaiyyəti proses barədə yetərincə məlumatlandırılmayıb. O, məktubun konstruktivlikdən uzaq olduğunu, Britaniya xalqı və dövlətinin maraqlarına zərər vurduğunu, həmçinin Yunanıstan ilə BB arasındakı münasibətləri sarsıtdığını əlavə edib.
“Partenon heykəlləri” 1801–1804-cü illərdə Osmanlı səfiri Lord Elgin tərəfindən hissə-hissə Londona gətirilib və 1816-cı ildə Britaniya Muzeyinə satılıb. Bu səbəbdən onlara “Elgin Mərmərləri” də deyilir.
Partenonun M.Ö. V əsrdə inşa edilmiş parçalarının yarıdan çoxu hazırda Britaniya Muzeyində sərgilənir.
Yunanıstan Xarici İşlər naziri Yorqos Yerapetritis keçən il “Razılaşmaya çox yaxınız” demişdi, lakin prosesin hansı mərhələdə olduğu hələ dəqiqləşməyib.