REAL üzvünün fikrincə, prinsipiallıq həyat tərzidir, kimlikdir: «Ona görə prinsipial insan düşərgə dəyişdirməyi, yəni prinsiplərindən imtinanı ağlına gətirmir. Onlar nə həqiqəti deməkdən özünü çəkindirə bilir, nə də hay-küylə düşmənçilik mühiti yaratmağı bacarmır. Həm də prinsipial olan həyat tərzinə normal bir şey kimi baxaraq onu təbliğat vasitəsinə çevirə bilmir. Problem də elə ondadır ki, prinsipiallığı olmayan radikalın emosional kütlə içərisində populyarlaşmaq ehtimalı daha çox olsa da, uğur qazanması mümkün olmur. Real qələbə məhz nəyin bahasına olursa-olsun, ümumbəşəri dəyərlərə sadiq qalan, onlardan heç bir vəchlə imtina etməyən prinsipialın populyarlaşdığı zaman əldə olunur».