Vaxt.Az

Trampdan Rusiyaya tarif hədəsi


 

“Ukraynaya göndərilən silahların pulunu NATO müttəfiqlər ödəyəcək”

Trampdan Rusiyaya tarif hədəsi Ağ Evdə NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) Baş katibi Mark Ruteni qəbul edən Tramp mətbuat konfransında yenidən vurğulayıb: “Rusiyadan heç razı deyiləm. 50 gün ərzində Ukrayna ilə razılaşmaya gəlməsələr, gömrük tariflərini 100 faiz artıracağıq”.

“Bu gün Ukraynaya silah göndərilməsi barədə razılığa gəldik. ABŞ bu silahları istehsal edəcək, NATO müttəfiqləri isə xərcləri öz üzərinə götürəcək”.

Tramp bildirib ki, “Ukraynaya ən yüksək səviyyəli silahlar göndəririk, bunlar NATO tərəfindən koordinasiya edilir”.

NATO Baş katibi Rute deyib ki, “ABŞ-ın Ukraynaya silah tədarükü qərarı çox önəmlidir. Avropa ölkələri ilə danışıqlar aparacağam və Ukrayna üçün hərbi yardım konteynerləri hazırlayacağıq. Bu prosesdə Rusiya Prezidenti Vladimir Putinin orada olması səbəbindən danışıqlarda daha ciddi qarşılandım”.

Tramp Rutenin Vaşinqtona səfəri öncəsi “Truth Social” platformasında paylaşım etmişdi.

On illərdir ABŞ-ın “dost və düşmənləri tərəfindən hərbi və ticarət sahəsində aldadıldığını” iddia edən Tramp vurğulayıb ki, “Bu, trilyonlarla dollara başa gəlib və artıq davam etdirilə bilməz. Heç vaxt da davam etməyib”.

 





14.07.2025    çap et  çap et