Vaxt.Az

Məhbusun möhtəşəm planı


 

Kamera yoldaşının çantasında gizlənərək qaçdı

Məhbusun möhtəşəm planı Fransanın Lion yaxınlığındakı Korba həbsxanasında saxlanılan, cinayət təşkilatı ilə əlaqəsi olduğu bildirilən 20 yaşlı məhkum sərbəst buraxılan kamera yoldaşının çantasında gizlənərək qaçıb.

Fransız xəbər agentliyi AFP-nın məlumatına görə, qaçan məhkum bir sıra cinayətlərə görə cəza çəkirdi və bir sıra cinayətlə bağlı araşdırma altında idi.

Məhkumun gizləndiyi əşyanın böyük camaşır torbası olduğu, bu faktın ancaq 24 saat sonra fərq edildiyi bildirilib. Həbsxana rəhbərliyinin açıqlamasında Korba idarəçisi Sebastyen Kovel “bu, silsiləli səhvlərin nəticəsidir” deyə etiraf edib və qaçışla bağlı cinayət işi açıldığını vurğulayıb.

Korba həbsxanası tutumu 170 faiz yüksək doluluqla işləyir. Fransalı rəsmi Heni Bouman qeyd edib ki, “belə yüksək sıxlıq əməkdaşlarımızın iş şəraitini xeyli çətinləşdirir və qaçış hadisəsi məhz bu gərginliyin nəticəsidir”


 





15.07.2025    çap et  çap et