Adam müttəhimlər (təqsirləndirilənlər) köşəsində arxayın-arxayın oturub zərərçəkənlərin ifadələrini dinləyir, prokuror və hakimlərin suallarını cavablandırır və nədənsə, həm də ümid edir ki, günün birində hətta ABŞ prezidenti Donald Tramp da onun azadlığa buraxılması üçün Azərbaycana müraciət edə bilər.
Bəli, onu bu yalana inandırıblar.
Belə ki, Vardanyanın vəkili Cared Qenser ABŞ prezidentinin bu məsələdə rol oynaya biləcəyini bildirib.
Buna görə də bəzi nüfuzlu ermənilər Trampın qızının əri ilə əlaqə saxlayıb, ona deyiblər ki, ABŞ prezidenti bu məsələni həll edə biləcək azsaylı şəxslərdən biridir.
Cavabında isə həmin ermənilərə bildirilib ki, Ermənistan rəhbərliyinin rəsmi müraciəti olarsa, cənab Tramp bu məsələyə müdaxilə edə bilər.
Bu cavab Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə Nikol Paşinyana çatdırılıb və bildirilib ki, prezident üçün rəsmi əsas olacaq müraciətə ehtiyac var.
Bəs, Paşinyan bu təşəbbüsə necə reaksiya verib?
Nikol Paşinyan ağıllı davranaraq bu cür təxribatçı təşəbbüsə “yox!” deyib. O, belə bir məktubun Ermənistan-Azərbaycan sülh sazişinin bağlanmasına mane olacağını bildirib və Ruben Vardanyanın azadlığa buraxılması üçün ABŞ prezidentinə müraciət etməkdən imtina edib.
Ermənistanın baş naziri anlayır ki, indi Azərbaycanla sülh danışıqları prosesini bu cür təxribatçı addımlarla zərbə altında qoymaq olmaz, ona görə də rasional qərarlar qəbul edir.
P.S. Vardanyanı isə hətta Tramp da xilas edə bilməz. Çünki terrorizmə və separatçılığa sponsorluq edənlərə heç bir ölkədə güzəşt olunmur!