Buna görə hökumət Fransız-Alman güc balansını qorumaq üçün bloklaşdırıcı azlıq payını təmin etməyə hazırlaşır. Mütəxəssislər KNDS-in dəyərinin təxminən 20 milyard avro olduğunu bildirir.
Hazırkı plana əsasən, Fransız dövləti və iki ailəyə məxsus “Wegmann” holdinqi bu il gözlənilən KNDS səhmlərinin ilk emissiyasında paylarının 12,5 faizini yeni investorlar üçün satışa çıxaracaq.
Bundan əlavə, Alman hökuməti “Wegmann”dan 25,1 faizlik bloklaşdırıcı azlıq payı əldə edə bilər.
***
Amsterdama yerləşən qrup 2015-ci ildə Alman “Krauss-Maffei Wegmann” ilə Fransız “Nexter” şirkətlərinin birləşməsi nəticəsində yaradılıb. “Wegmann Unternehmens-Holding” hazırda KNDS səhmlərinin 50 faizinə sahibdir, Fransız dövlət holdinqi APE isə qalan 50 faizini idarə edir.