“Brent” xam neftin fyuçersləri 0,42 faiz artaraq 69 dollara çatdı. ABŞ xam nefti (WTI) 0,6 faiz yüksələrək 66,92 dollar səviyyəsinə gəldi.
ABŞ Prezidenti Donald Trampın Rusiya nefti alımlarına gömrük vergisi tətbiq edəcəyi hədəsi sonrası təklif kəsintisi ehtimalı bazarda o qədər ciddi qəbul edilmədi və son iki gündəki qiymət düşüşü geriyə çevrildi.
Neft qiymətləri şimal yarımkürədə yay mövsümündə səfərlərin artması ilə yaranan sabit tələbat siqnalları ilə ABŞ-ın ticarət tariflərinin iqtisadi böyümə və yanacaq istehlakını ləngidə biləcəyi qorxuları arasında dar diapazonda dalğalanır.