Aylıq inflyasiya isə iyunda 0,3 faiz təşkil edib. Aylıq artım üçün gözlənti isə 0,1 faiz idi.
Enerji və ərzaq qiymətlərinin istisna edildiyi əsas inflyasiya illik bazada 3,7 faiz ilə bazarın 3,5 faiz olan proqnozunu üstələdi.
İngiltərə Mərkəzi Bankının (BoE) siyasət faiz qərarlarında yaxından izlədiyi xidmət sektoru inflyasiyası illik hesablama ilə 4,7 faiz səviyyəsində olub. Xidmət inflyasiyası üçün gözlənti 4,5 faiz idi.
İnflyasiyaya ən böyük yuxarı yönlü təsiri yanacaq qiymətlərinin yüksək qalması səbəbindən nəqliyyat sektoru göstərib.
Yanacaq qiymətlərində 2024-cü ildən bəri ən yüksək artım
ONS-nin baş iqtisadçısının müavini Rişard Heys inflyasiya məlumatlarını şərh edərkən bildirib ki, yanacaq qiymətlərinin yüksək qalması ilə yanaşı, ərzaq qiymətlərindəki inflyasiyanın da ardıcıl üçüncü ay artaraq 2024-cü ilin fevralından bəri ən yüksək səviyyəyə çatması müşahidə olunub.
İngiltərədə inflyasiya may ayında illik hesabla 3,4 faiz, əsas inflyasiya isə 4,2 faiz səviyyəsində olmuşdu.
BoE-nin hədəfi inflyasiyanı davamlı şəkildə 2 faiz səviyyəsinə endirməkdir.