“Citigroup”un analitikləri, o cümlədən Maks Leytonun da olduğu qrupun hazırladığı qeydə əsasən, gümüşün üç aylıq qiymət proqnozu 38 dollardan 40 dollara, 6-12 aylıq proqnozu isə 43 dollara yüksəldilib, amma qızıl üçün proqnoz dəyişməyib. Banka görə, qızılda yüksək zirvələr artıq geridə qalıb və gələn il üçün qiymətin 3 min dolların altında olacağı gözlənilir.
Citigroup analitikləri gümüşlə bağlı, “gümüş təklifinin azalacağını gözləyirik. Son zamanlar gümüş qiymətlərindəki yüksəlişin səbəbi təkcə qızılı tutmağa çalışmaq deyil, həm də gümüşün güclü fundamentlərinin əksidir”, – deyib.
Qəzəl bu il qiymətli metallar arasında ən yaxşı performans göstərən aktivlərdən olub. Mərkəzi bankların alımları və fondlara (ETF) yönələn sərmayələr qızıla rekord qiymət gətirərkən, ABŞ-ın liderliyində gedən ticarət müharibəsi təhlükəsiz liman tələbinin artmasına səbəb olub. Həm sənaye xammalı, həm də maliyyə aktiv kimi qəbul edilən gümüş isə il əvvəlinə nisbətən qızıldan daha yüksək gəlir gətirib.
“Citigroup” analitiklərinə görə, ABŞ Mərkəzi Bankının (FED) gözlənilən faiz endirimləri də gümüş qiymətlərinə dəstək olacaq.
Spot bazarda gümüşün qiyməti unsiya başına 38 dolların altında olsa da, ilin əvvəlindən bu yana 31 faiz dəyər qazanıb.