Vaxt.Az

Müəllif hüquqları ilə bağlı yeni sistem yaradılır


 

Layihə 9 Avropa ölkəsi ilə müştərək şəkildə həyata keçirilib və sistem tam şəkildə hazırdır

Müəllif hüquqları ilə bağlı yeni sistem yaradılır Müəllif Hüquqları Agentliyinin qarşısında duran əsas məsələlərdən biri hüquqların idarə edilməsi üçün rəqəmsal monitorinq və lisenziyalaşdırma sistemi yaratmaqdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.Onun sözlərinə görə, "onlayn" fəaliyyət göstərəcək bu sistem bir mərkəzdən bütün hüquqların birbaşa idarə olunmasına şərait yaradacaq.
Layihə 9 Avropa ölkəsi ilə müştərək şəkildə həyata keçirilib və sistem tam şəkildə hazırdır.
Agentliyin sədri qeyd edib ki, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun qəbul edilib:
"Beləliklə də hökumətin qərarı ilə Müəllif Hüquqları Agentliyinin nəzdində Hüquqların Müdafiəsi Mərkəzi yaradılıb. Hazırda həmin mərkəzdə bütün işlər görülüb. Satış şəbəkəsinin tərkibində olan müəllif hüququ ilə əlaqəli olan malların üzərinə mütləq şəkildə xüsusi nəzarət markası vurulacaq. Yeni marka artıq hazırlanıb və qərarın verilməsini gözləyirik. Bununla yanaşı, smartfon mobil telefonlara əsaslanan unikal yoxlama sistemi var. Bunun vasitəsilə kənardan mobil telefonla hər bir şeyi öyrənmək mümkün olacaq".
 





19.06.2013    çap et  çap et