İstehlakçı təşkilatı “Foodwatch”un keçirdiyi sorğuda 58 mindən çox iştirakçıdan 34 faizi “Milka”nın "shrinkflation" – yəni məhsul çəkisinin gizli şəkildə azaldılması və qiymətin artırılması tendensiyasından şikayət edib.
Bu ilin əvvəlində “Milka”nın çəkisi 100 qramdan 90 qrama endirildi, lakin qiymət 1,49 avrodan 1,99 avroya qaldırıldı.
“Foodwatch” hesablayır ki, bu dəyişiklik Almaniyada təxminən 48 faiz gizli qiymət artımı deməkdir. Şirkət isə qiymət artımını kakao və logistika xərclərinin yüksəlməsi ilə əsaslandırır.
“Foodwatch” nümayəndəsi Rebekka Siqmann bildirir ki, gizli qiymət artımları qida sənayesində geniş yayılıb və “Milka” bunun ən bariz nümunəsidir.
Bəs “Milka” şokoladları ilə bağlı Azərbaycanda vəziyyət necədir?