Yaş artdıqca sürücülərdə refleksin zəifləməsi, diqqətsizlik və sağlamlıq problemləri trafik qəzalarının əsas səbəblərindən biri olaraq qalır. AB bu riskləri azaltmaq üçün mühüm addım atır.
İspaniyada yeni qayda ilə 75 yaşını tamamlayanların “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə etməsi qadağan olunacaq. Bundan əlavə, 65 yaşdan yuxarı sürücülərə hər 2 ildən bir sağlamlıq yoxlaması keçirmək tələbi qoyulacaq. Bu qayda əvvəllər 70 yaşdan yuxarılara şamil edilirdi.
Ekspertlər bildirirlər ki, yaşla əlaqədar refleksin zəifləməsi və xroniki xəstəliklər sürüş təhlükəsizliyinə ciddi təsir edir. Dünya üzrə hər il təxminən 1,2 milyon nəfər yol qəzasında həyatını itirir və bir çox ölkə yaşlı sürücülər üçün əlavə təhlükəsizlik tədbirləri görməyə hazırlaşır.