Bunun üstünə Rusiyanın hazırkı voyevodası, neo-çarı Vladimir Putinin öz şəxsi kinini də əlavə edəndə, bu ölkənin nəinki bölgə ölkələri üçün, bütün dünya üçün nə qədər təhlükəli olduğunu bir daha tam aydın təsəvvür etmək olar.
Rusiyanın kininə tuş gələn, gəlməkdə olan ölkələrin sırasında bizim Azərbaycan da yer alır.
Yekaterinburq hadisələrinə Azərbaycanın haqlı təpkilərini və cavab addımlarını hələ də həzm edə bilməyən Putin Rusiyasının ölkəmizə qarşı “cəza tədbirləri” davam edir.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının Rusiyanın Novosibirsk şəhərində keçirilməsi nəzərdə tutulan tamaşalarının ləğv edilməsi də sözügedən “cəza tədbirləri”nin tərkib hissəsidir.
Belə ki, bu barədə Novosibirskin “Qlobus” Akademik Gənclər Teatrının Mətbuat Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının “Böyük qastrollar” proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan tamaşaları (o cümlədən, “Hekayəti Müsyö Jordan və dərviş Məstəli şah” və “Hamlet” tamaşaları) ləğv edilib.
Hərçənd ki, Putinin şovinist mədəniyyət elçisi Mixail Şvıdkoy Yekaterinburq hadisələri fonunda Azərbaycanın Rusiyada nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməyəcəyini bildirmişdi.
Odur ki, indi Şvıdkoyu axtarıb tapmaq, ondan açıqlama almaq lazımdır ki, bəs, niyə vədinizə əməl etmirsiniz?
Kremlin “riyakarlıq məktəbi”ni keçən M.Şvıdkoyun heç şübhəsiz ki, bu suala cavabı səmimi olmayacaq. Putinin idarə etdiyi ölkədən səmimi, dürüst cavablar almaq qeyri-mümkündür.
P.S. Rusiyanın “cəza tədbirləri”nin davam etməsi isə onu göstərir ki, Kremlin Azərbaycana qarşı təzyiq siyasətini dayandırmaq fikri yoxdur.