ABŞ prezidenti Donald Trampın özünün keçmiş siyasi rəqiblərindən biri olan konqresmen Adam Şiffi “dələduz” və “aferist” adlandırmaqla, bu erməni lobbiçisinə həqiqətən də ölümcül siyasi zərbə vurdu.
D.Tramp bugünlərdə yenidən Adam Şiffi tənqid edərək, kaliforniyalı demokratı ipoteka fırıldaqçılığı sxemində iştirak etdiyinə görə “fırıldaqçı” adlandırıb.
“Mən həmişə sürüşkən tip olan Adam Schiffin fırıldaqçı olduğundan şübhələnirdim. İndi öyrənirəm ki, Fannie Mae-nin Maliyyə Cinayətləri Bölməsi Adam Şiffin mümkün ipoteka fırıldaqçılığını həyata keçirmək üçün davamlı bir sxemlə məşğul olduğu qənaətinə gəlib”, – deyə Tramp sosial media hesabında yazıb.
“Adam Şiff, kaliforniyalı konqresmen olduğu üçün Kaliforniyada yaşaması tələb olunsa da, lakin ucuz ipoteka almaq və Amerikanı aldatmaq üçün əsas yaşayış ünvanını Merilend olaraq qeyd edib”, – Tramp əlavə edib.
ABŞ Prezidenti daha sonra deyib: “Mən həmişə hiss edirdim ki, Adam Şiff dələduzdur. Onun fırıldaqçılığı Merilend ştatındakı mülkünün yenidən maliyyələşdirilməsi ilə 6 fevral 2009-cu ildə başladı və bu fırıldaq həmin mülkün 13 oktyabr 2020-ci ildə rəsmi olaraq ikinci ev kimi müəyyən edilməsinə qədər davam etdi”.
Donald Tramp əlavə edib: “İpoteka fırıldaqçılığı çox ciddi məsələdir və “maşennik” Adam Şiff (indi senator) buna görə cavab verməlidir”.
Bəli, bu böyük dələduz indi qanun qarşısında cavab verməlidir.
Beləliklə, Tramp Baydenin dövründə bütün dünyanın təhdid edən qlobalist-demokratların ən fəal nümayəndələrini bir-bir “dənləməyə”, zərərsizləşdirməyə davam edir.
Tramp ötən ilin sentyabrındakı paylaşımlarından birində də Demokratlar Partiyasının quzğunlarından biri olan Adam Şiffi “ABŞ üçün daxili təhlükə” adlandırmışdı. Erməni lobbisinə nökərçilik edən Adam Şiff və onun həmməsləkləri ABŞ Dövlət Departamentinin xətti ilə, sabiq Dövlət katibi Entoni Blinkenin vasitəsilə Azərbaycanın üzərinə qarğa-quzğun kimi şığıyır, ölkəmizi şantaj edirdilər.
Adam Şiff hazırda çox pis məqamda yaxalanıb. İpoteka fırıldağı Adam Şiffi bitirəcək.
Tramp qlobal mafiyanın üzvlərini zərərsizləşdirməyi yaxşı bacarır. Ermənilərin gücü də məhz bu mafiyadan qaynaqlanırdı. Ancaq indi həmin güc sürətlə çökür. Bayden erasının bitməsi ilə qlobalistlərin, ermənipərəst konqresmenlərin də dərəbəyliyinə son qoyulmaqdadır.
P.S. Xatırladaq ki, bundan əvvəl isə digər ermənipərəst senator Bob Menendes korrupsiya və rüşvətxorluqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.