Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan publika.az «Mundial səyahəti» layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edirdi. Artıq layihəmiz yekunlaşır. 2010-cu ildə Cənibi Afrika Respublikasında keçirilən mundialla bu layihəni başa çatdırırıq. Ümid edirik ki, layihə çərçivəsində oxuculara müəyyən bilgilər verə bildik. Sabahdan yenə də futbola baxmaq zamanıdı. Futbolu sevin, futboldan zövq alın!
Ölümlə başladı
DÇ-2006-nın keçirilmə hüququnun böyük qalmaqalla Almaniyaya verilməsindən sonra növbə mütləq Afrika təmsilçisinə çatmalı idi. FİFA prezidenti Yozef Blatterin şəxsən dəstəklədiyi Cənubi Afrika Respublikasının namizədliyi qəbul edildi və mundial öz tarixində ilk dəfə «qara qitə»yə ayaq basdı. Əslində, bu, futbol başbilənləri tərəfindən qəbul edilən çox təhlükəli və riskli qərar idi. CAR-da cinayətkarlığın tüğyan etdiyini, şəhərlərdə rahat hərəkətin çətin olduğunu hamı bilirdi. Ümumiyyətlə, Afrikada terrorçuluq və separatizm elementləri yetərincədi. Mundiala yarım il qalmış, Afrika Millətlər Kubokuna hazırlaşan Toqo yığmasının avtobusunun Anqolada güllə-baran edilməsi və sürücünün ölməsiylə nəticələnən hadisə buna bir sübut sayıla bilərdi. Bu hadisə təhlükəsizlik tədbirlərinin daha da artırılmasına səbəb olsa da, təhlükə yox deyildi. Düzdü, mundialın son final fitindən sonra geri boylananda hər şeyin yaxşı qurtardığı və heç bir ciddi problemin yaşanmadığı göründü.
«Vuvuzela», «Jabulani» və «səkkizayaq Paul»
Futbolun özü bu mundialın ilk planında olmadı. Əsas «qəhrəmanlar» – «vuvuzela», «Jabulani» topu və «səkkizayaq Paul» idi. Tribunadakıları bilmirik, ancaq ekran qarşısında olanların beyni çatladı. Yerli tütəklərin fasiləsiz uğultusu üzündən əksəriyyət oyunlara ən aşağı səslə baxmağa məcbur olmuşdu (şərhçilərin zəhmətinə heyf). Çox bezdirici və yorucu olan səs o qədər pis idi ki, DÇ-dən dərhal sonra UEFA bu «tütəklər»i Avropa ərazisindəki stadionlara buraxmamaq qərarını verdi. Sonradan digər konfederasiyalar da «köhnə dünya» başbilənlərinin hərəkətini təkrarladılar.
«Paul»u isə hamınız yaxşı xatırlayırsınız. Almaniyanın Oberhauzen şəhərinin mərkəzi akvariumunda yaşayan səkkizayaq, oyunların nəticələrini əvvəlcədən düzgün təxmin etməsiylə tanınmışdı. Hələ AÇ-2008-də bundestimin 6 oyunundan dördünü düz tapan «Paul», DÇ-2010-dakı bütün proqnozlarında doğru oldu. O, Almaniyanın Serbiya və İspaniyaya yenilgisini də əvvəlcədən tapmışdı. Proses isə belə idi: içərisində yemək olan iki eyni qab qoyulur, akvariumun içərisinə salınırdı. Səkkizayaq hansı qabı seçsəydi, onun üzərində bayrağı olan ölkənin yığması qələbə qazanırdı. Təəssüf ki, bu heyvanların ömürləri qısadı və mundialdan cəmi üç ay sonra «Paul» dünyasını dəyişdi.
«Tiki-taka»nın hegemonluğu
Futbol baxımından isə İspaniyanın hegemonluğu qələbə gətirdi. «Barselona»nın «tiki-taka»sının hegemonluq dövrünə düşdüyündən, oyun tərzi milliyə də sıçramışdı. Sistemini onun üzərində quran Visente Del Boske «qırmızı buğalar»a tarixlərində ilk çempionluğu yaşatdı. Final matçının 90 dəqiqəsi qolsuz bitdi. Əlavə vaxtın sonuna dörd dəqiqə qalmış isə İnyesta vacib qol vuraraq ölkəsini sevincə qərq etdi.
Son çempion İtaliya isə fiasko yaşadı. Qrupdakı üç oyununda cəmi iki xal qazanan «skuadra adzurra»nın «performans»ı bərbad idi. Maraqlıdı ki, son turda heç-heçə belə apenninliləri qrupdan çıxara bilərdi. Ancaq Marçello Lippinin yetirmələri Slovakiyaya sürpriz şəkildə yenilərək suyu süzülü-süzülə vətənə döndü.
Dieqo Maradonanın Argentinası da uğursuzluq yaşadı. Əfsanə «10 nömrə»nin komandası 1/4 finalda Almaniyaya 0:4 hesabıyla uduzaraq mundialı tərk etdi. Yaxşı mənada isə digər ağ-göylü komanda - Uruqvay fərqləndi. Yarımfinala qədər irəliləyən «selesta»nın Qana ilə matçı isə yaddaşlardan heç vaxt silinməyəcək. Luis Suaresin son saniyələrdə boş qapıdan əliylə çıxardığı top, rəqibin isə penaltini kənara vurması, oyunsonrası penaltilərdə isə məhz Uruqvayın qalib gəlməsi, dünya çempionatları tarixinin səhifələrində ən maraqlı məqamlarından biri kimi özünə yer tapdı.
DÇ-2010. CAR
Final mərhələsi: 11 iyun - 11 iyul
32 komanda 8 qrupda mübarizə apardıqdan sonra 16 ən yaxşı komanda 1/8 finala yüksələrək mübarizəni kubok sistemiylə davam etdiriblər.
64 oyun, 3178856 tamaşaçı (orta hesabla hər oyunda 49670)
145 qol (orta hesabla hər oyunda 2,27)
Ən yaxşı futbolçu: Dieqo Forlan (Uruqvay)
Bombardirlər: Tomas Müller (Almaniya), David Vilya (İspaniya), Uesli Sneyder (Hollandiya), Dieqo Forlan (Uruqvay) - 5.
Qrup A
1.Uruqvay 3 2 1 0 4-0 7
2.Meksika 3 1 1 1 3-2 4
3.CAR 3 1 1 1 3-5 4
4.Fransa 3 0 1 2 1-4 1
Qrup B
1.Argentina 3 3 0 0 7-1 9
2.Cənubi Koreya 3 1 1 1 5-6 4
3.Yunanıstan 3 1 0 2 2-5 3
4.Nigeriya 3 0 1 2 3-5 1
Qrup C
1.ABŞ 3 1 2 0 4-3 5
2.İngiltərə 3 1 2 0 2-1 5
3.Sloveniya 3 1 1 1 3-3 4
4.Əlcəzair 3 0 1 2 0-2 1
Qrup D
1.Almaniya 3 2 0 1 5-1 6
2.Qana 3 1 1 1 2-2 4
3.Avstraliya 3 1 1 1 3-6 4
4.Serbiya 3 1 0 2 2-3 3
Qrup E
1.Hollandiya 3 3 0 0 5-1 9
2.Yaponiya 3 2 0 1 4-2 6
3.Danimarka 3 1 0 2 3-6 3
4.Kamerun 3 0 0 3 2-5 0
Qrup F
1.Paraqvay 3 1 2 0 3-1 5
2.Slovakiya 3 1 1 1 4-5 4
3.Yeni Zelandiya 3 0 3 0 2-2 3
4.İtaliya 3 0 2 1 4-5 2
Qrup G
1.Braziliya 3 2 1 0 5-2 7
2.Portuqaliya 3 1 2 0 7-0 5
3.Fil Dişi Sahili 3 1 1 1 4-3 4
4.Şimali Koreya 3 0 0 3 1-12 0
Qrup H
1.İspaniya 3 2 0 1 4-2 6
2.Çili 3 2 0 1 3-2 6
3.İsveçrə 3 1 1 1 1-1 4
4.Honduras 3 0 1 2 0-3 1
1/8 final
Uruqvay – C. Koreya – 2:1
ABŞ – Qana – 1:2 (ə.v.)
Almaniya – İngiltərə - 4:1
Argentina – Meksika – 3:1
Hollandiya – Slovakiya – 2:1
Braziliya – Çili – 3:0
Paraqvay – Yaponiya – 0:0 (5:3 pen.)
İspaniya – Portuqaliya – 1:0
1/4 final
Hollandiya – Braziliya – 2:1
Uruqvay – Qana – 1:1 (4:2 pen.)
Argentina – Almaniya – 0:4
Paraqvay – İspaniya – 0:1
1/2 final
Uruqvay – Hollandiya - 2:3
Almaniya – İspaniya – 0:1
3-cü yer
Uruqvay – Almaniya – 2:3
Final
Hollandiya – İspaniya – 0:1 (ə.v)
Bütün oyunlar
1. CAR - Meksika 1:1
2. Uruqvay - Fransa 0:0
3. Cənubi Koreya - Yunanıstan 2:0
4. Argentina - Nigeriya 1:0
5. İngiltərə - ABŞ 1:1
6. Əlcəzair - Sloveniya 0:1
7. Serbiya - Qana 0:1
8. Almaniya - Avstraliya 4:0
9. Hollandiya - Danimarka 2:0
10. Yaponiya - Kamerun 1:0
11. İtaliya - Paraqvay 1:1
12. Yeni Zelandiya - Slovakiya 1:1
13. Fil Dişi Sahili - Portuqaliya 0:0
14. Braziliya - Şimali Koreya 2:1
15. Honduras - Çili 0:1
16. İspaniya - İsveçrə 0:1
17. CAR - Uruqvay 0:3
18. Fransa - Meksika 0:2
19. Argentina - Cənubi Koreya 4:1
20. Yunanıstan - Nigeriya 2:1
21. Sloveniya - ABŞ 2:2
22. İngiltərə - Əlcəzair 0:0
23. Almaniya - Serbiya 0:1
24. Qana - Avstraliya 1:1
25. Hollandiya - Yaponiya 1:0
26. Kamerun - Danimarka 0:1
27. Slovakiya - Paraqvay 0:2
28. İtaliya - Yeni Zelandiya 1:1
29. Braziliya - Fil Dişi Sahili 3:1
30. Portuqaliya - Şimali Koreya 7:0
31. Çili - İsveçrə 1:0
32. İspaniya - Honduras 2:0
33. Meksika - Uruqvay 0:1
34. Fransa - CAR 1:2
35. Nigeriya - Cənubi Koreya 2:2
36. Yunanıstan - Argentina 0:2
37. Sloveniya - İngiltərə 0:1
38. ABŞ - Əlcəzair 1:0
39. Avstraliya - Serbiya 2:1
40. Qana - Almaniya 0:1
41. Slovakiya - İtaliya 3:2
42. Paraqvay - Yeni Zelandiya 0:0
43. Danimarka - Yaponiya 1:3
44. Kamerun - Hollandiya 1:2
45. Portuqaliya - Braziliya 0:0
46. Şimali Koreya - Fil Dişi Sahili 0:3
47. Çili - İspaniya 1:2
48. İsveçrə - Honduras 0:0
49. Uruqvay - Cənubi Koreya 2:1
50. ABŞ - Qana 1:2
51. Almaniya - İngiltərə 4:1
52. Argentina - Meksika 3:1
53. Hollandiya - Slovakiya 2:1
54. Braziliya - Çili 3:0
55. Paraqvay - Yaponiya 0:0, p-5:3
56. İspaniya - Portuqaliya 1:0
57. Hollandiya - Braziliya 2:1
58. Uruqvay - Qana 1:1, p-4:2
59. Argentina - Almaniya 0:4
60. Paraqvay - İspaniya 0:1
61. Hollandiya - Uruqvay 3:2
62. Almaniya - İspaniya 0:1
63. Uruqvay - Almaniya 2:3
64. Hollandiya - İspaniya 0:1