Vaxt.Az

“Putinin qorxulu yuxusu”


 

Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov

“Putinin qorxulu yuxusu” 1986-cı ildə Kiyevdə anadan olan Kiril Budanov, Ukraynanın ən gənc və ən parlaq kəşfiyyat liderlərindən biridir. Uşaqlığı Krım yarımadasında keçən Budanovun vətənə və doğma torpağa sevgisi onun karyerasında həlledici rol oynamışdır. Hərbi akademiyanı bitirdikdən sonra o, Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrində xidmətə başlamış və tezliklə yüksək peşəkarlığı ilə seçilmişdir. Viktor Yanukoviç dövründə Ukrayna xüsusi xidmət orqanları “5-ci kolon”un təsiri altına düşsə də, 2014-cü ildən sonra bu təsir aradan qaldırıldı və təmizlənmə prosesinə başlanıldı.

Kiril Budanov 2020-ci ildə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) rəisi təyin olundu və bu vəzifədə GUR-u sıfırdan yenidən qurmağa başladı. O, QUR-u sürətlə modernləşdirdi, kadrların təliminə və texnoloji üstünlüyə fokuslandı. Onun rəhbərliyi altında Ukrayna kəşfiyyatı postsovet məkanında ən güclü xidmətlərdən birinə, mən deyərdim birincisinə çevrilərək “MDB-nin Mossadı” adlandırıldı. Budanovun Krıma bağlılığı onun diversiya əməliyyatlarında şəxsən iştirak etməsinə səbəb oldu.

Krımda əməliyyat diversiya əməliyyatını yerinə yetirilməsi zamanı Rusiya xüsusi xidmət orqanları qabaqcadan məlumat alaraq Moskvadan göndərilən xüsusi qurupu əməliyyat yerində Kirili qarşılaşsa da “təslim ol” çağırışına inanılmaz cəsarəti ilə rusların əməliyyat rəhbərinə açdığı sərrast atəş cavabı nəticəsində uğurlu qayıdış edə bilmişdi.

Ən riskli əməliyyatlardan biri Krımdakı Rusiyanın Qara Dəniz Donanmasının komanda qərargahının partladılması idi. Digər bir əməliyyatda, Krım aerodromunda Rusiya təyyarələrinin məhv edilməsi ilə nəticələnən hücum zamanı Budanov şəxsən əməliyyat sahəsində olmuşdur. Suriyada, Əfqanıstanda və Afrikada Ukrayna kəşfiyyatının həyata keçirdiyi gizli əməliyyatlar da GUR-un beynəlxalq təsirini artırdı.

GUR əməkdaşları tərəfindən  Kurskda eləcə də Rusiyanın dərinliklərində, paytaxt Moskvada mütəmadi olaraq müxtəlif xarakterli uğurlu diversiya əməliyyatları, sui-qəsdlər həyata keçirilir. Ukraynada müharibə cinayətləri törətmiş yüksək rütbəli rus hərbçilər məhv edilib, hərbi təyinatlı məhsullar istehsal edən zavodlar, və nadir hərbi texnikalar məhv edilib. Ukraynada general-mayor Mikhail Gudkovu, Moskvada isə general İqor Kirillovu və leytenant-general Yaroslav Moskaliki uğurlu əməliyyatlarla zərərsizləşdirib. Bu hücumlar Rusiyanın hərbi rəhbərliyində xaos yaradıb .

Kiril Budanovun adı Rusiya Prezidenti Vladimir Putinin ən çox hədəf aldığı şəxslər siyahısında ilk yerlərdədir. Son illərdə rus xüsusi xidmət orqanları ona qarşı ən azı 10 sui-qəsd planlaşdırıb. Bu sui-qəsdlərdən birində o, ağır yaralansa da, möcüzəvi şəkildə sağ qalaraq fəaliyyətini davam etdirmişdir.

2022-ci ildə Qara Dənizdəki İlanlar adası Ukrayna tərəfindən azad ediləndən sonra Budanovun bölgəyə helikopterlə uçaraq hərbçilərlə birbaşa təmas qurması onun cəsarətinin nümunəsi sayılır. O, tez-tez cəbhənin ən kritik nöqtələrində gözlənilmədən əsgər paltarı ilə görünərək həm də real vəziyyət barədə ən doğru məlumat toplayır.

Budanovun rəhbərliyi ilə GUR Rusiyanın dərinliklərində uğurlu diversiya əməliyyatları həyata keçirdi. Moskva ətrafında neft bazalarının və hərbi obyektlərin yanğınları, Belgorod və Kursk vilayətlərindəki partlayışlar bunlara misaldır. Krım körpüsünə zərbələr də onun strateji planlarının nəticəsi kimi qiymətləndirilir.

Gənc yaşına baxmayaraq (39 yaş), Kiril Budanov soyuqqanlılığı, strateji düşüncəsi və yüksək cəsarəti ilə əsl kəşfiyyatçı obrazını təcəssüm etdirir. Ukrayna mətbuatı onu “Putinin qorxulu yuxusu” adlandırır. Azərbaycanla 2020-ci ilin 44 günlük müharibəsi dövründə Ukrayna kəşfiyyatı arasında əməkdaşlıq da olub və bəzi texnoloji həllərdə dəstək göstərilib.

Budanovun fəaliyyəti Ukraynanın beynəlxalq tərəfdaşları arasında da yüksək qiymətləndirilir. Onun dövründə GUR NATO standartlarına uyğunlaşdırılmış və müasir kəşfiyyat texnologiyaları ilə təchiz olunub. Budanovun şəxsi nüfuzu Ukrayna ordusunda və cəmiyyətində yüksəkdir.

Gələcəkdə onun Ukrayna siyasətində daha böyük rol alacağı barədə ehtimallar da var. Çünki o, yalnız kəşfiyyat rəhbəri deyil, həm də simvolik bir lider obrazı qazanıb.


 





16.07.2025    çap et  çap et