Emma Uotson, Hermiona Qreyncer obrazı ilə tanınan ingilis aktrisa, 2023-cü ilin iyul ayında Oksford şəhərində, axşam saatlarında sürət həddini aşdığı üçün saxlanılıb. Hay-Uikom Sülh Məhkəməsinin məlumatına görə, 35 yaşlı Uotson, “Audi S3” markalı avtomobili saatda 50 km sürət həddi olan yolda 61 km/saat sürətlə idarə edib.
Uotsonun sürücülük vəsiqəsində artıq 9 cərimə balı olduğu üçün Böyük Britaniyada tətbiq olunan qaydalara əsasən 3 il ərzində 12 cərimə balına çatdıqda ən azı 6 ay müddətinə sürücülük hüququ dayandırılır. Aktrisaya əlavə olaraq 1.152 avro məbləğində pul cəriməsi kəsilib. Uotson, bu qərarın onun 2023-cü ildə başladığı “Oxford” Universitetində yaradıcılıq yazarlığı üzrə magistratura təhsilinə təsir edib-etməyəcəyi barədə açıqlama verməyib.
Maraqlı bir təsadüf olaraq, Uotsonun film yoldaşı, 76 yaşlı Zoe Vanameyker də eyni məhkəmə tərəfindən sürət həddini aşmaq səbəbi ilə cəzalandırılıb. Aktrisa həmin məhkəmə prosesində iştirak etməyib. Vanameyker, “Harri Potter”da Madam Huç rolunu ifa edib. 2023-cü ilin avqust ayında Berkşir əyalətinin Nyuburi şəhərində sürət həddini aşdığı üçün saxlanılıb.
Məhkəmənin məlumatına görə, Vanameyker, “Volvo” markalı avtomobili saatda 70 km sürət həddi olan yolda 74 km/saat sürətlə idarə edib. Onun sürücülük vəsiqəsində də 9 cərimə balı mövcud olub. Məhkəmə onun da sürücülük hüququnu 6 ay müddətinə dayandırıb və ona 1.152 avro cərimə kəsib.