ABŞ artıq Avropada bu işi həyata keçirib və NATO-nun son sammiti göstərdi ki, Aİ Vaşinqtonun çağırışlarına müsbət cavab verib. İndi növbə ABŞ-ın Sakit okean müttəfiqlərindədir: Avstraliya, Yaponiya, Cənubi Koreya və s.
Pekin də öz müttəfiqlərini toplayır. Şimali Koreyada Çin, Rusiya və İran xarici işlər nazirlərinin görüşü baş tutacaq. Bu, “üçlüyün” görüşü deyil, Çinin müttəfiqləri ilə görüşüdür.
Çin Rusiya və İranın strateji məğlubiyyətinə yol verə bilməz. Bununla belə, Çinin hər iki tərəfdaşı münaqişənin qaynar mərhələsindədir və Pekinin köməyinə ehtiyac duyurlar. Gizli şəkildə yardım göstərmək getdikcə çətinləşir. Çin üçün Rusiyanı gizli olaraq lazımi avadanlıqlarla təmin etmək hələ də mümkündür, lakin şəxsi heyətlə təminat artıq Şimali Koreya vasitəsilə həyata keçirilir. İranın insani gücə yox, hava hücumundan müdafiə və hava qüvvələrinə ehtiyacı var. Çünki Tehran öz hava məkanına nəzarət etmir.
Bunlar, belə demək mümkünsə, Pekinin həll etməli olduğu vacib mövzulardır.
Əsas odur ki, Rusiya və İranın dayanıqlığı təmin olunsun!
Çinin uğur nümayiş etdirən yeganə tərəfdaşı Hindistanı yerinə oturdan Pakistandır. Bununla belə, Hindistan hələ də regional perimetrdir - Asiya cəbhəsidir. Burada Çin-Hindistan ziddiyyətləri hələ də ŞƏT kimi təşkilatlar çərçivəsindədir. Qlobal miqyasda Hindistan BRICS çərçivəsində Çinlə bir sıradadır.
Qlobal qarşıdurmanın perimetrlərini nəzərdən keçirək:
– Rusiya-Ukrayna/Avropa və ABŞ... burada qeyri-müəyyənlik var. Bir tərəfdən, bu cəbhədə baş verənlər ABŞ-ın diqqətini və resurslarını yayındırır (düzdür, artıq Aİ-nin hesabına); Digər tərəfdən, Çin münaqişənin dondurulmasını, ABŞ-ın bir müddət Ukraynanın bərpası və NATO anbarlarının silahla doldurulması kimi Avropa işlərinə başının qarışmasının tərəfdarıdır.
– İsrail-İran... Burada ABŞ-ın müttəfiqi və ABŞ özü Çinin tərəfdaşına zərbə vurub. İş o yerə çatıb ki, İran hələ də öz hava məkanına nəzarəti təmin edə bilmir. İsrail İrana hava hücumundan müdafiə sistemlərini bərpa etməyə icazə verməyəcək və Çin sistemləri işə düşən kimi ABŞ-ın razılığı ilə İsrailin zərbələrinə tuş gələcək. Bunun üçün səbəb də var - İranın nüvə proqramı.
Çin və ABŞ bir neçə cəbhədə çox çətin qarşıdurma vəziyyətindədir. Çin siyasi, iqtisadi, hərbi və texnoloji resurslarını toparlayıb. Pekin Çindən yardım və dəstək alan tərəfdaşları vasitəsilə Vaşinqtonun resurslarını yayındırmağa çalışır.
Bəs Azərbaycan və Cənubi Qafqaz bu qarşıdurma perimetrlərində haradadır?!
Azərbaycan ABŞ (Türkiyə, İsrail) və Çinin (Pakistan, Orta Asiya ölkələri) müttəfiqlərinin müttəfiqidir.
Çinlə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. ABŞ ilə də yüksək səviyyəli əməkdaşlığın qurulması mümkündür.
Rusiya və Aİ ilə münasibətlər ziqzaq şəkildə inkişaf edir, öz xarakterini dəyişmək potensialına malikdir: Ya konstruktiv, ya da dağıdıcı istiqamətdə. Bu, Brüssel və Moskvanın seçimindən asılıdır. Münasibətlər pisləşərsə bunun çox əhəmiyyətli mənfi təsirləri olacaq, Lakin qlobal kontekstdə bu, Azərbaycanın müstəqil və suveren dövlət statusunu qoruyub saxlayır. Bu status ölkəni qarşıdurma məkanına çevrilməkdən qoruyur.
Bu, qlobal səviyyədə strateji tarazlıqdır və bundan qaçmaq mümkün deyil!
Azərbaycan və Cənubi Qafqaz regionu anlayır ki, qarşıdurma xəttindən kənarda qalmaq getdikcə çətinləşir. Region ölkələri bölgənin resurslarını birləşdirməli və bir-biri üçün daha proqnozlaşdırıla bilən olmalıdırlar. Bu, bizim birlikdə qət etməli olacağımız asan olmayan bir yoldur. Azərbaycanın qurduğu balans səmərəlilik və davamlılıq nümayiş etdirir. Bu balans bütün region üçün aktualdır.