Vaxt.Az

«Bir arzum var ki, …»


 

Tolik Allahdan nə istədiyir?

«Bir arzum var ki, …» Tez-tez ziyarətgahları ziyarət edən və hər gün Allahına şükür edən məşhur prodüser Tarix Əliyev (Tolik) canlı efirdə maraqlı açıqlamaları ilə yadda qalıb.


ANS PRESS-in məlumatına görə, daim qalmaqalların içində olan və sözünü açıq deməkdən çəkinməyən prodüser arzularından danışıb. «Günə Baxan»nın qonağı olan prodüser bu həyatda övlada ehtiyacı olduğunu deyib.

«Bir arzum var ki, Allah mənə bir övlad versin. Şou biznesdə olanlar kimi yalandan yox, həqiqi toy istəyirəm. Sənət aləmində bəziləri camaatı aldadıb, başlarına yığıb toy edirlər. Heç dini kəbin və nikaha belə girmirlər ki, sonra işləri asan olsun».

Tanrıdan övlad istədiyini dilə gətirən prodüser ona yaxın dost olan bir xanımın hədiyyə etdiyi evdən də söhbət açıb: «10 ildir ki, şou biznesdəyəm amma cəmi 3 ildir ki, evim var. Hər dəfə Böyükşor ərazisindən keçəndə Allaha yalvarırdım ki, heç olmasa burada da olsa evim olsun. Bir müddət sonra yaxın dostum olan xanım mənə orada ev bağışladı. Mən Allaha inanıram və şükür edirəm».

 





11.06.2014    çap et  çap et