Vaxt.Az

Şuşadan çağırış Kremli titrədib


 

Rusiyadan Azərbaycana qarşı yeni isteriya başlayıb

Şuşadan çağırış Kremli titrədib Şuşa forumunda GORDON” nəşrinin təsisçisi Dmitri Qordonun “torpaqlarını qaytarmış bir ölkənin lideri olaraq ukraynalılara nə tövsiyə edərdiniz?” sualına Prezident İlham Əliyevin verdiyi “heç vaxt işğalla razılaşmayın” cavabı, Rusiya hərbi blogerləri və təbliğatçıları arasında qəzəb fırtınası yaradıb.

“GORDON” onların ən diqqətçəkən reaksiyalarını toplayıb.

“Komsomolskaya Pravda” təbliğat radiosunun aparıcısı İvan Panikin “Telegram” kanalında vurğulayıb ki, Əliyev birbaşa Rusiyanı işğalçı adlandırıb.

“Etibarlı tərəfdaş idi. Yoxsa heç vaxt olmayıb?”, – deyə Panikin sual edib.

Təbliğatçı və hərbi könüllü Aleksey Jivov Əliyevin bəyanatlarını “düşməncə” adlandırıb və bildirib ki, Xəzər tezliklə daha bir döyüş teatrına çevrilə bilər.

Təbliğat yönümlü “WarGonzo” “Telegram” kanalı isə Moskva ilə Bakı arasında münaqişənin qaçılmaz olduğunu yazıb və tezliklə bu toqquşmaya hazırlaşmağa çağırıb.

Bloger Yuriy Podolyaka isə Azərbaycan Əliyevə “dostcasına olmayan bəyanatlarına görə təşəkkür edib”.

“O, Bakıdan daha çox alçaldılmağa razı olan və buna dözməyə hazır olan bizim elitanın bir hissəsinə artıq geri çəkilmək üçün heç bir seçim qoymur”, – deyə təbliğatçı yazıb.

Tərcüməsi: Bəzi səhifələr, məsələn, “Pozdnyakov 3.0”, Bakı şəhərinə “Oreşnik” (raket kompleksi nəzərdə tutulur) ilə zərbə endirməyə çağırıblar.

Öz növbəsində Qordon rusiyalılara növbəti müsahibələrini izləməyi tövsiyə edib, çünki onlarda “çox maraqlı məqamlar olacaq”.


 





21.07.2025    çap et  çap et