Heqset bildirib ki, bu məsələ ən qısa zamanda araşdırılacaq: “Çin də daxil olmaqla, xarici ölkələrdən olan heç bir mühəndisin Müdafiə Nazirliyinin sistemlərinə çıxışına icazə verilməməlidir”.
***
“Microsoft”un sözçüsü Frank Şou da “X” platformasında məsələ ilə bağlı paylaşım edib.
Şou, yaranan narahatlıqlardan sonra “Microsoft”un dəyişiklik etdiyini və artıq texniki dəstək üçün Çin mərkəzli mühəndislərdən yardım alınmayacağını bildirib: “ABŞ hökumətinə mümkün olan ən təhlükəsiz xidmətləri təqdim etməyə qərarlıyıq”.
Çinli mühəndislərin kompüter sistemlərinə çıxışına icazə verildiyi iddia olunur
Həftə ərzində “ProPublica” adlı müstəqil araşdırma jurnalistikası təşkilatı, “Microsoft”un ABŞ Müdafiə Nazirliyinin kompüter sistemləri ilə bağlı Çinli mühəndislərdən yardım aldığını iddia etmişdi.
Xəbərdə həmçinin qeyd olunub ki, amerikalı personal bu prosesi kifayət qədər nəzarətdə saxlamayıb və nəticədə ölkənin ən həssas məlumatlarının müdafiəsiz buraxıldığı bildirilib.
ABŞ-ın Arkanzas ştatından olan respublikaçı senator Tom Kotton isə məsələyə reaksiya verərək, nazirlikdən rəsmi izahat tələb etdiyini açıqlayıb.