Vaxt.Az
Cənnət görmək istəyən...
Sabahdan havalar sərinləyəcək
Azərbaycan ərazisində havanın temperaturu aşağı düşəcək. ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, sabah 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, olacaq, arabir tutulacaq. Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi gecəyə doğru arabir güclənəcək.
Bakıda
və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20, gündüz 27-32 dərəcə
isti təşkil edəcək.
İyunun
12-də Azərbaycanın bölgələrində gecə və axşam şimşək çaxacağı, yağış yağacağı
gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Aran
rayonlarında havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12,
gündüz 19-24 dərəcə isti olacaq.
11.06.2014
çap et