Vaxt.Az

AB-dən Rusiyaya zərbə


 

“Müharibə maşınını ürəyindən vururuq”

AB-dən Rusiyaya zərbə Avropa Birliyi (AB), Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı təzyiqləri gücləndirir. AB Xairici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsi Kaja Kallas üzv ölkələrin Rusiyanı hədəf alan 18-ci sanksiya paketini təsdiqlədiyini bildirib. Kallas bu paketlə Moskvanın müharibə büdcəsini “daha da kəsdiklərini” vurğulayıb.

Kallas sosial mediada paylaşdığı açıqlamada 105 “kölgə donanması” və onların dəstəkçilərinin izlənildiyini, rus banklarının maliyyə imkanlarının məhdudlaşdırıldığını deyib. Eyni zamanda, “Şimal Axını” (“Nord Stream”) qaz kəmərlərinin qadağan ediləcəyini, rus neftinə tətbiq olunan qiymət tavanının daha da aşağı salınacağını bildirib. Çin bankalarına qarşı da təzyiqlərin artırıldığı, pilotsuz uçuş aparatlarında istifadə olunan texnologiyanın ixracının bloklandığı qeyd olunub.

Kallas ilk dəfə bir bayraq qeydiyyatının və Hindistanda fəaliyyət göstərən “Rosneft” neft emalı zavodunun sanksiyalar siyahısına daxil edildiyini, Rusiyanın müharibə xərclərinin artırılması istiqamətində addımların davam edəcəyini vurğulayıb.

Avropa Komissiyası Prezidenti Ursula von der Leyen də sosial media hesabından yeni sanksiya paketinin qəbulundan məmnunluğunu bildirib və “Rusiyanın müharibə maşınının ürəyindən vururuq” ifadəsini işlədib. Von der Leyen “Putin müharibəni bitirənə qədər təzyiq davam edəcək” mesajını verib.

 

Sanksiya paketində nələr var?

 

22 Rus bankı, Rusiyanın İnvestisiya Fondu və bağlı qurumlarla əməkdaşlıq qadağan edilir.

Enerji gəlirlərinə zərbə vurulması əsas məqsəddir.

Rusiyanın Hindistandakı neft nəhəngi “Rosneft”in emalı zavodu sanksiyalar siyahısına daxil edilib.

Hazırda istifadə olunmayan, lakin Moskvanın gələcəkdə yenidən işə salmaq istədiyi “Şimal Axını” qaz kəmərlərinin birbaşa və ya dolayı istifadəsi qadağan edilir.

AB Rus neftinə tətbiq etdiyi barrel başına 60 dollar olan qiymət tavanını 47,6 dollara endirdi.

Müharibə dövründə neft Rusiyanın ən əsas gəlir mənbəyi olaraq qalır. AB ölkələri tavan qiymət siyasəti ilə Rusiyanın neft ixracından əldə etdiyi gəliri azaltmağa çalışır.

 





21.07.2025    çap et  çap et