Vaxt.Az

13 müəllimin halı pisləşib


 

İmtahanın nəticələrini biləndən sonra...

13 müəllimin halı pisləşib Ötən gün Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsi zamanı təcili yardıma 12 nəfər müraciət edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, müraciət edənlərin 11-i qadın, 1-i isə kişi müəllimi olub.


Müəllimlərdən yalnız 1-i xəstəxanaya yerləşdirilib. Bu hadisə Bakının Mərdəkan qəsəbəsindəki 183 saylı məktəbdə keçirilən imtahan zamanı qeydə alınıb.

Bu gün isə 1 müəllimin halı pisləşib. Hadisə 88 saylı məktəbdə qeydə alınıb. Müəllimə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, iyunun 10-dan Azərbaycanda ilk dəfə olaraq Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçirilir. Təcili yardım briqadaları Bakının 11 rayonu üzrə 29 məktəbdə növbətçilik çəkir. Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30 072 nəfər müəllimi iştirak edəcək.

 





11.06.2014    çap et  çap et