Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi ilə tanışlıq zamanı forum iştirakçıları bu infrastruktur obyektində yaradılan bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələrinə baxış keçiriblər. Qeyd edilib ki, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu isə 350 metrdir.
İştirakçılar Ağdam rayonunun Xıdırlı kəndinə səfər edərək burada aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. Qonaqlar kənddə inşa edilən zəruri müasir sosial infrastruktur barədə məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılır, mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.
Sonda forum iştirakçıları Xocalı şəhərinin mərkəzində olublar. Burada onlar şəhərin ümumi görünüşü, aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.