Qısa bir hal-əhvaldan sonra Turan Günəş dedi:
– Mənim qayıdışım gecikəcək. Ayşəyə de, tətilə çıxsın.
– Yaxşı, – dedi Nermin xanım.
Telefonu bağlayan kimi evdəki köməkçiyə səsləndi.
Köməkçi ildırım sürəti ilə evdən çıxdı. Pillələri beş-bəş keçərək avtomobilə çatdı.
Ağ “Reno” Ankara küçələrində itən qaranlığa qarışdı.
Baş nazirliyə çatanda köməkçi maşını işlək vəziyyətdə saxlayıb, qapını açıq qoyaraq binaya tərəf qaçdı.
Mərtəbələri tələsik çıxırdı. Səhər açılmaq üzrə olsa da, bütün məmurlar binada idi. Qaçış səsləri ilə hamı dəhlizə çıxdı. Bütün bina sanki nəfəsini tutmuşdu.
Uzun dəhlizi keçərək “Baş nazir” yazılmış otağa girdi.
Xüsusi katib avtomobilin gəldiyini pəncərədən görmüşdü. Köməkçiyə dayanmadan baş nazirin qapısını açdı.
Baş nazir Bülənt Ecevit, baş nazirin müavini Nəcməddin Ərbakan, Baş Qərargah rəisi Semih Sancar, daxili işlər naziri, milli müdafiə naziri, MİT nümayəndələri və digər səlahiyyətlilər ayaqda idilər.
– Dərin nəfəs al, oğlum, – dedi Bülənt Ecevit.
Tərlə islanmış köynəyinə əhəmiyyət verməyən gənc köməkçini Baş Qərargah rəisi masanın yanındakı stula əyləşdirdi. Nəcməddin Ərbakan əlindəki stəkanı ona uzatdı.
– Bəli, – dedi Ecevit.
— Ayşə tətilə çıxacaqmış, — deyə nəfəsi kəsilən köməkçi birdəfəyə söylədi.
Otaqda bir anlıq sükut çökdü.
– Haydı, – deyə bir səs yüksəldi.
Baş nazir pəncərədən sübh işığı süzülən Ankara səhərinə baxaraq otağa döndü:
– Haydı… Allah müvəffəq etsin!
– Mətbuat açıqlaması verəcəyik. Xəbər verin!
Baş Qərargah rəisi və digərləri başları ilə salam verib otaqdan çıxaraq qaçmağa başladılar. Bina sanki bir nəhəngin oyanışı idi.
Qüvvə komandanlıqlarında hamı bu xəbəri gözləyirdi. Gecə boyu zülmət otaqlarda sükut içində gözləmişdilər.
Sübh tezdən qüvvə komandanlıqlarının bütün işıqları yandı.
Baş nazirlikdən bütün xarici nümayəndəliklərə “təcili” və “məxfi” başlıqlı kriptolu teleqraflar göndərilirdi.
Qantər içində olan gənc köməkçi oturduğu yerdən doğmaqda olan yeni günə — 20 İyula salam verirdi.
“Ayşə tətilə çıxsın” deyiləndən…
51 il keçdi.
KIBRIS BARIŞ HƏRƏKATInın ildönümü mübarək olsun!
Bülənt Ecevit, Rauf Denktaş, Nəcməddin Ərbakan, Turan Günəş və bütün şəhidlərimizi rəhmətlə, mücahid və qazilərimizi dərin minnətlə anırıq.