Bunlar öz yerində, ancaq komandaların harada oynayacağını yadda saxlamaq üçün üstümüzdə bir müddət cədvəl gəzdirməli olacağıq. Tovuz Bakıda, Gəncə Qəbələdə, İmişli Qubada, Yevlax Şamaxıda, Naxçıvan isə həmişəki kimi Mərdəkanda təmsil olunacaq. Qarışıq, ancaq gözlənilən vəziyyətdir. Bunu bir keçid dövrü kimi də qiymətləndirə bilərik.
“Kəpəz” haqqında heç nə bilinmir. Allahın ümidinə çıxıb yola.
“İmişli”yə isə Allah da kömək edən deyil.
Transfer bazarında neçə gündür nisbi sakitlikdi. Bəzən elə keçidlər də olur ki, təəccüblənməyə bilmirsən. Məsələn, “Karvan” bir futbolçu gətirib, son 10 ildə 15 klub dəyişib, 3 dəfə klubsuz qalıb, bir dəfə bu müddət bir il çəkib.
Bu günə olan təxmini duruma görə ilk altılıqda yer almağa namizədlər “Qarabağ”, “Neftçi”, “Sabah”, “Araz”, “Zirə” və... Sonuncunu özünüz tamamlayın. Mən tapmadım.