Tramp, bu dəyişikliyi “siyasi düzgünlük çılğınlığı” adlandıraraq özünün “Truth Social” platformasında bu sözləri yazdı:
“Vaşinqton “hər nəysələri” dərhal adını yenidən “Washington Redskins” etməlidir. Bunun üçün böyük bir tələb var!”
Eyni zamanda ABŞ-ın Əsas Beysbol Liqasında (MLB) çıxış edən “Cleveland Indians” komandası da irqçilik səbəbilə adını “Cleveland Guardians” olaraq dəyişdirmişdi. Tramp, həmin komandanın ad dəyişikliyinə də qarşı çıxaraq, komandanın əvvəlki adını qaytarmasını tələb etdi.
Tramp paylaşımında əlavə etdi: “Bu saçma ad dəyişikliyi səbəbilə ard-arda üç seçkini uduzub. Əgər komandanın adını “Cleveland Indians” olaraq dəyişdirsəydi, seçkini qazanardı!”
Tramp daha sonra Vaşinqton komandasına xəbərdarlıq edərək, ad dəyişikliyi həyata keçirilməzsə, yeni stadion layihəsinin qarşısını ala biləcəyi ilə hədələdi. O, bu təhdidi açıq şəkildə ifadə etdi: “Ad dəyişməsəniz, yeni stadion olmayacaq!”
Tramp bu çıxışı ilə yenidən ABŞ-da idmanla siyasətin birləşdiyi sahəyə müdaxilə etmiş oldu. Hələ 2020-ci ildə “Black Lives Matter” (BLM) etirazları zamanı bu məsələlər gündəmdə olmuşdu və bəzi komandalar irqçi sayılan ad və simvolları dəyişmək məcburiyyətində qalmışdı.
Trampın bu çıxışı, onun 2024 prezident seçkiləri kampaniyası çərçivəsində “mədəniyyət müharibələri” mövzusunu yenidən ön plana çıxarmaq istədiyini göstərir.