Vaxt.Az

Makronun reytinqi yerlərdə


 

Fransada liderlərə dəstək tarixi minimumda

Makronun reytinqi yerlərdə Fransa prezidenti Emmanuel Makronun və baş nazir Fransua Bayrounun reytinqi ölkə tarixində görünməmiş səviyyəyə enib. “Journal du Dimanche” üçün “İfop” tərəfindən keçirilmiş son sorğuya əsasən, Makronun bəyənilmə faizi cəmi 19 faizdir. Baş nazir Bayruda vəziyyət daha da pisdir – o, cəmi 18 faiz dəstək toplayıb.

İkilikdə onların ümumi reytinqi 37 bal təşkil edir. Müqayisə üçün: 2014-cü ildə geniş tənqid olunan Fransua Olland və onun baş naziri Manuel Valsın belə cəmi 51 balı var idi. Bu isə Makron-Bayrou tandeminin tarixə Fransa Beşinci Respublikasının ən aşağı reytinqli liderləri kimi düşdüyünü göstərir.

Makronun seçicilərdən aldığı dəstək son iki ildə 12 faiz azalaraq 49 faizə düşüb. Bu, sadəcə rəqəmlər deyil – bu, ölkədə dərin narazılığın, etimad böhranının və siyasi gərginliyin göstəricisidir.

 





21.07.2025    çap et  çap et