Vaxt.Az

İnəksiz süd yaradıldı


 

Danimarkalı alimlərin vegan pendir istehsalında inqilabi nailiyyəti

İnəksiz süd yaradıldı Danimarka alimləri inəklərdən süd alınmadan, genetik dəyişdirilmiş mikroorqanizmlər vasitəsilə süd proteini istehsal etməyə nail olub.

Vaxt.az xəbər verir ki, Kopenhagen Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Milli Qida İnstitutunun alimləri, genetik olaraq dəyişdirilmiş E. coli bakteriyasına kazein adlı süd zülalını kodlayan bitki mənşəli genlər yerləşdirərək, bu zülalı mikrobiyal üsulla əldə etməyə müvəffəq olublar. Qeyd edək ki, kazein pendir istehsalında əsas rol oynayan əsas zülallardan biridir.

Layihənin rəhbərlərindən Suvasini Balasubramanian açıqlamasında deyib: “Uzun illər boyunca bu istiqamətdə ciddi texniki baryerlər mövcud idi. İndi bu baryeri aşaraq mikrobiyal kazein istehsalında ciddi bir elmi sıçrayış etdik”.

Hazırda bu texnologiya üzrə patent müraciətləri artıq təqdim olunub.

 

Vegan sənayesində tarixi dönüş

 

Hazırda bazarda olan vegan pendirlər, əsasən, yüksək yağ və karbohidrat tərkibli olmaqla yanaşı, zülal baxımından zəif hesab olunur. Bu səbəbdən, süd kazeininin bitki mənşəli üsullarla istehsalı, bu məhsulların qidalandırıcı dəyərini artıraraq, daha balanslı və dad baxımından inandırıcı vegan alternativlərinin yaradılmasına zəmin yaradır.

Alimlər bu texnologiyanın yalnız etik və qidalanma baxımından deyil, həm də iqlim dəyişikliyinə qarşı mübarizədə önəmli rol oynaya biləcəyini bildirirlər. Sənaye inəkçilik təsərrüfatlarına nisbətən bu üsulun serra qazı emissiyalarını xeyli azaltdığı qeyd olunur.

Suvasini Balasubramanian bu barədə əlavə edir: “Ənənəvi südçülüklə müqayisədə karbon izini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Bu isə bizim gələcək ərzaq texnologiyalarına baxışımızı dəyişəcək”.

 





21.07.2025    çap et  çap et