Vaxt.Az

Tərkibində yüksək miqdarda MOAH olub


 

Belçikada sağlamlıq riski daşıyan kartof kroketləri yığışdırılır

Tərkibində yüksək miqdarda MOAH olub Belçikada daha kartof kroketləri supermarketlərdən geri çağırıldı və “İstifadə etməyin” xəbərdarlığı edildi.

Belçikada ötən günlərdə iki növ kartof kroketləri ilə bağlı geri çağırma prosesi başladıldıqdan sonra daha bir xəbərdarlıq gəldi. Fərqli marketlərdə satılan kartof kroketlərində yüksək miqdarda mineral yağ (MOAH – Mineral Oil Aromatic Hydrocarbons) aşkar edilməsi nəticəsində geri çağırma prosesi başladıldı. Belçika Federal Qida Zənciri Təhlükəsizliyi Agentliyi (FAVV) məhsulların qətiyyən istehlak edilməməli olduğunu açıqlayıb.

FAVV-in açıqlamasında “Jumbo”, “Colruyt”, “Collect&Go”, “Okay”, “Okay City”, “Comarkt” və “Spar” market şəbəkələrində satılan “Boni Selection” markalı “sobada, airfryer və fritöz üçün kartof kroketi” paketlərinin rəflərdən yığışdırıldığı qeyd edildi.

Açıqlamada bildirilib ki, “məhsul nümunələrində həddindən artıq miqdarda aromatik mineral yağlar (MOAH) aşkarlanıb”. Bu səbəbdən marketlərin ehtiyat tədbiri olaraq məhsulu satışdan çıxardığı qeyd olunub.

Məhsulu almış müştərilərdən bu məhsulu qətiyyən istehlak etməmələri və aldıqları marketə geri qaytarmaları istənilib. Məhsul qaytarıldıqda ödənilən məbləğin geri qaytarılacağı bildirilib.

Geri çağırılan məhsul haqqında məlumat:

Məhsul adı: Sobada, airfryer və fritöz üçün kartof kroketi

Marka: “Boni Selection”

Son istifadə tarixi: 25 Aprel 2027

Satış dövrü: 23 May 2025 – 18 İyul 2025

Məhsul kodu: 22160

Çəkisi: 1 kq

 

MOAH nədir?

MOAH (Aromatik Mineral Yağ Hidrokarbonları) mineral yağların içində olan və adətən xam neftdən əldə edilən kimyəvi birləşmələrdir. Eyni zamanda kömür, təbii qaz və biokütlədən də süni olaraq istehsal edilə bilinir. Bu maddələr istehsal, emal, qablaşdırma və saxlanma proseslərində qidalara keçə bilir. Bu səbəblə MOAH miqdarı yüksək olan qidaların istehlakı sağlamlıq riski yarada bilər.

 





21.07.2025    çap et  çap et