Vaxt.Az

Tramp yeni sanksiyaları hərəkətə gətirir


 

ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı

Tramp yeni sanksiyaları hərəkətə gətirir ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, ABŞ-Çin arasında keçiriləcək növbəti danışıqlarda Çinin Rusiya və İrandan aldığı neft idxalı məsələsi müzakirə olunacaq. “Bloomberg”ə danışan Bessent, iki ölkə arasında ticarətin yaxşı səviyyədə olduğunu, lakin müzakirələrin artıq milli təhlükəsizliyi əhatə edən mövzulara keçdiyini vurğulayıb.

CNBC-yə açıqlamasında Bessent, “Təəssüf ki, Çin sanksiyaya məruz qalmış İran və Rusiya neftinin ən böyük alıcılarından biridir. Artıq bu məsələləri masaya qoymağın vaxtı çatıb”, – deyib.

Bessent ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarından ipucları verərək bildirib ki, Rus nefti alan ölkələr ikinci dəfə 100 faizə qədər gömrük vergisi ilə üzləşə bilər.

Həmçinin, Bessent qeyd edib ki, ABŞ prezidenti Donald Tramp bu məsələdə yeni mövqe tutub və Avropa müttəfiqlərinin də ABŞ-ı izləməsi vacibdir.

 

Trampın 50 günlük ultimatum

 

Tramp isə bir həftə əvvəl Rusiya-Ukrayna münaqişəsində 50 gün ərzində razılığa gəlməmək halında “çox sərt tariflər” tətbiq ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, bu tariflər 100 faizə qədər yüksələ bilər.

 





21.07.2025    çap et  çap et