“Fox News” kanalına verdiyi müsahibədə Qraham bildirib ki, ABŞ Prezidenti Donald Trump Rusiyadan neft alan bu üç ölkəyə qarşı sərt sanksiyalar tətbiq edəcək. O əlavə edib ki, Çin, Hindistan və Braziliya, Rusiya neftinin təxminən 80 faizini satın alır ki, bu da Putinin müharibə maşınını işlədən əsas amildir.
“Putinə yardım edən bu ölkələrə qarşı sərt tədbirlər görməliyik. Tramp bu ölkələrə 100 faiz gömrük vergisi qoyacaq”, – Qraham vurğulayıb.
Bundan başqa, senator İsrail ordusunun Qəzzə zolağında yerləşən Müqəddəs Ailə Kilsəsinə etdiyi hücumu da qınayıb və bildirib ki, əgər məsuliyyət işğal altındakı Qərbi Şəriyədəki yəhudi sakinlərin üzərinə düşürsə, onlar ciddi şəkildə cəzalandırılmalıdır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trump iyulun 14-də keçirilən mətbuat konfransında Rusiyanın Ukrayna ilə 50 gün ərzində sülh sazişi imzalamaması halında, Rusiyadan gələn neftə tətbiq edilən gömrük vergilərini iki dəfə artırmaq niyyətində olduğunu açıqlamışdı.
NATO baş katibi Mark Rutte də Braziliya, Çin və Hindistan kimi ölkələri xəbərdar etmiş, Rusiyaya ticarətin davam etməsi təqdirdə ABŞ-ın ikinci sanksiyalarının təsirinə məruz qala biləcəklərini bildirmişdi.