Vaxt.Az

«Sürücülər pul görməyəcəklər»


 

«Eyni maaşı alacaq»

«Sürücülər pul görməyəcəklər» «Sürücülər yeni kart sisteminə keçdikdən sonra pul görməyəcəklər». ANS PRESS-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.


O bildirib ki, sürücü sərnişindən pul almayacağı təqdirdə öz sahibkarı qarşısında maaş məsələsini qaldıracaq: «Avtobuslarda kart sistemi tam tətbiq olunduqdan sonra çox güman ki, sahibkarlarla sürücülər arasında maaşla bağlı müqavilə bağlanacaq. Sürücü indi sahibkarın qoyduğu planı vermək üçün sürət həddini aşır, qəzalar baş verir. Ancaq kart sisteminə keçdikdən sonra sürücü sərnişinləri kart gözü ilə görəcək. Belə olduğu təqdirdə isə daha çox sərnişin mindirməyəcək və qrafikə uyğun işləyəcək. Sürücü yavaş da sürsə, tez də sürsə eyni maaşı alacaq». 

Namiq Həsənov həmçinin qeyd edib ki, sahibkarlardan hansı rəqabətə davamlı olacaqsa işləyəcək. İşləyə bilməyən sahibkar isə gedib başqa işlə məşğul olacaq.

 





11.06.2014    çap et  çap et