Vaxt.Az

FED böhranının təsirləri


 

ABŞ 10 illik dövlət istiqrazları etibarlı liman tələbi ilə bahalaşdı

FED böhranının təsirləri ABŞ 10 illik dövlət istiqrazları, avqustun 1-də qüvvəyə minəcəyi gözlənilən “gömrük tarifləri” öncəsi təhlükəsiz liman olaraq qiymətləndirilən aktivlərə olan tələbin artması ilə bazar ertəsi günü yüksəlib.

Vaxt.az xəbər verir ki, bu yüksəliş, 10 illik istiqrazların gəlirini təxminən 5 baza bəndi azaldaraq bir həftədən uzun müddətin ən aşağı səviyyəsi olan 4,37 faizə gətirib. “Mischler Financial Group”un Baş Direktoru Tom di Qaloma bildirib ki, istiqraz bazarı əsasən “Avrozonadakı dövlət borclarının” artımını izləyir və 10 illik ABŞ istiqraz gəlirinin 4,25 faiz səviyyəsinə yaxınlaşa biləcəyini proqnozlaşdırır.

Avropa Birliyi və ABŞ rəsmiləri bu həftə ticarət danışıqlarını davam etdirir, lakin indiyə qədər irəliləyiş əldə edilməməsi gələn ay tətbiq ediləcək 30 faiz “gömrük tarifləri”nin reallaşma riskini artırır.

“Mischler Financial Group”un Baş Direktoru Tom di Qaloma bildirib ki, tarif riskləri və 1 avqust tarixi ilə bağlı narahatlıqlar investorlarda riskli aktivlərdən uzaqlaşma meylini gücləndirir və bu, pulların səhmdən çıxaraq dövlət istiqrazları kimi daha təhlükəsiz aktivlərə yönəlməsinə səbəb olur. Xüsusilə uzunmüddətli istiqrazlar dəyər qazanıb və 30 illiklərin gəliri 5 baza bəndi azalaraq 4,94 faizə geriləyib.

“Mizuho International”un çoxlu aktiv strategiyası üzrə mütəxəssisi Evelin Gomez-Lieçti bəzi investorların kar realizasiyası üçün mövqelərini bağlamasının bu hərəkatı tətiklədiyini qeyd edib. “Bloomberg” strateqi Edvard Harrison isə bildirib ki, “avqustun 1-dən əvvəl belə iki illik inflyasiya mübadilələri 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyədədir və bu, uzunmüddətli gəlirlərin yuxarı təzyiq altında qalacağını göstərir”.

Qısa müddətli gəlirlərdə isə 2 illik gəlir 2 baza bəndi azalaraq 3,85 faizə düşüb. Bu, Trampın “FED” sədri Cerom Pauelli vəzifəsindən uzaqlaşdırmaq ehtimalına qarşı qorunmaq istəyən investorların “Pauell sığortası” adlandırdıqları strategiyanı dəstəkləməsi ilə izah olunur. Bu yanaşmada investorlara görə, Pauellın yerinə keçəcək şəxs Trampın aşağı faiz istəyini dəstəkləyəcək və qısa müddətli gəlirləri azaldacaq.

 





22.07.2025    çap et  çap et