Vaxt.Az

Birjaların diqqətini çəkən Tramp mövqeləri


 

Bazar iştirakçıları optimistdir

Birjaların diqqətini çəkən Tramp mövqeləri Dünyanın ən böyük aktiv idarəçiləri arasında olan “Invesco”, “Fidelity International” və “JPMorgan Asset Management” kimi nəhənglər, ABŞ-dan Asiya və inkişaf etməkdə olan bazarlara qədər texnologiya sektorunda yüksəlişin davam edəcəyi gözləntisi ilə strateji mövqelər formalaşdırırlar.

Bu mövqelər əsasən ABŞ Prezidenti Donald Trampın iqtisadi nizamı poza biləcək siyasət və tarif təhdidlərinə baxmayaraq, son anda geri addım atacağı gözləntisinə əsaslanır. Belə bir perspektiv investorları riskli hesab edilən aktivlərdə mövqelərini qorumağa, hətta artırmağa təşviq edir.

Vaxt.az xəbər verir ki, “Invesco”dan Çang Hvan Sunq, opsion bazarında satış yönümlü mövqelərə işarə edərək, Trampın geri addım atacağına dair gözləntilərin bazarda “Trump put” (Trampın siyasətindən doğan risklərə qarşı maliyyə sığortası) adlanan mövqelərə çevrildiyini vurğulayır. O deyir ki, bazar iştirakçıları ABŞ-da faiz gəlirlərinin yüksəlməsi və ya bazarlarda düzəliş olması halında bu mövqelərin aktivləşəcəyinə inanır.

“JPMorgan Asset Management” isə süni intellektə olan yüksək maraq səbəbilə ABŞ-ın orta ölçülü texnologiya səhmlərində yüksəliş üçün potensialın davam etdiyini bildirir. Bu, ABŞ və qlobal iqtisadiyyatlarda süni intellektin genişlənməsi ilə əlaqələndirilir.

Ümumilikdə, bu böyük maliyyə qurumları ABŞ səhmlərində mövqelərini gücləndirirlər və bəzi ekspertlər Avropa və inkişaf etməkdə olan bazarlara da daha çox maraq göstərirlər.

 





22.07.2025    çap et  çap et