Vaxt.Az

Qızıl bazarında zəif dalğalanma


 

Trampın tarif siqnalları fonunda ehtiyatlı ticarət

Qızıl bazarında zəif dalğalanma Bir ayın ən yüksək səviyyəsinə yaxınlaşdıqdan sonra qızıl qiyməti dünən az miqdarda geriləyib. İnvestorlar ABŞ Prezidenti Donald Trampın avqustun 1-dən əvvəl gömrük tarifləri öncəsi ticarət danışıqlarının gedişatını diqqətlə izləyirlər.

Vaxt.az xəbər verir ki, buna görə də külçə qızıl, öncəki seansda 1,4 faiz artdıqdan sonra hazırda unsiyası təxminən 3 385 dollar səviyyəsində ticarət olunur. Eyni vaxtda “dollar” da bir qədər güclənib. Dünən Ağ Evin sözçüsü Karolin Livitt Trampın “avqustun 1-dən əvvəl yeni tək tərəfli tarif məktubları göndərə biləcəyini” söylədikdən sonra qlobal ticarətə dair narahatlıqlar yenidən alovlanmış və dollar sərt yüksəlmişdi. Güclənən dollar isə qızılı digər valyutalarla alanlar üçün daha bahalı hala gətirir.

Yaponiya, Cənubi Koreya, Filippin və “Avropa Birliyi”nin nümayəndələri bu günlərdə ABŞ-dakı həmkarları ilə görüşərək yaxınlaşan tarif qərarları öncəsi razılaşmalar əldə etməyə çalışırlar.

Eyni zamanda investorlar, gələn həftə açıqlanacaq “FED” faiz qərarı öncəsi əlamətlərini da diqqətə alırlar. “FED” rəsmiləri arasında, Trampın vergi siyasətinin inflyasiyaya təsiri ilə bağlı fikir ayrılıqları mövcuddur. “FED” rəhbərindən Kristofer Valler faiz endirimi çağırışlarına malik ikən, digər rəsmilər isə daha ehtiyatlı mövqe tuturlar. Qeyd edilir ki, yüksək faiz dərəcələri qızıl kimi faiz gəliri olmayan aktivlərə təzyiq edir.

Məlumata görə, “spot” qızıl Bakı vaxtı ilə saat 10:13-də unsiyası 3 386,52 dollar, bu da 0,3 faiz azalma deməkdir. “Bloomberg Dolar Spot İndeksi”, ötən seans 0,5 faiz ucuzlaşdıqdan sonra bu səhər 0,1 faiz artaraq yenidən yüksəlməyə başlayıb. Bu arada gümüş qiymətləri düşüb, platin yüngül yüksəlib, paladyum isə məzənnəsini sabit saxlayıb.

 





22.07.2025    çap et  çap et