“Gesamtmetall” işəgötürənlər birliyinin şirkətlərlə apardığı sorğuya əsasən, yalnız 2025-ci ilin əvvəlindən bu yana sektorda təxminən 60 min nəfər işini itirib. 2024-cü ilin sonunda bu sahədə təxminən 3,9 milyon işçi fəaliyyət göstərirdi.
Bu il sifarişlərdə müəyyən yaxşılaşma olsa da, may ayında işçi sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalıb. Azalma növbəti aylarda da davam edəcəyi gözlənilir. Xüsusilə avtomobil sektorunda fəaliyyət göstərən hər iki şirkətdən biri yaxın vaxtlarda işçi sayını azaltmaq niyyətindədir.
İşəgötürənlər birliyi Alman hökumətinin müəyyən yüngülləşdirici addımlar atdığını, lakin bunun kifayət etmədiyini bildirir. “Gesamtmetall”in baş direktoru Oliver Zander elektrik vergisinin azaldılması və investisiya təşviq proqramını müsbət qiymətləndirir, amma bürokratik maneələrin daha da azaldılmasının vacibliyini vurğulayır.
Bununla yanaşı, ilin ilk beş ayında yeni sifarişlər qiymət dəyişiklikləri nəzərə alınmaqla 4 faiz artıb, lakin son dövrdə şirkətlərdən gələn tələbin zəiflədiyi də qeyd olunur.