Vaxt.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livitt bu qərarı “WSJ”-nin “saxta və böhtan xarakterli davranışları” ilə izah edib. O bildirib ki, Trampın Şotlandiya səfərini izləyəcək 13 media qurumu arasında artıq “WSJ” olmayacaq.
“Apellyasiya məhkəməsi də təsdiq edib ki, “WSJ” və ya başqa heç bir media qurumu Prezident Trampla bağlı Oval kabinet, “Air Force One” və digər özəl iş məkanlarında xüsusi xəbərçilik hüququna malik deyil”, – Leavitt vurğulayıb.
“WSJ”, Epşteynin sevgilisi Gileyn Maksvellin 50 illik yubiley münasibətilə tanışlarından məktub istədiyini, onlardan birinin də Trampa aid olduğunu iddia etmişdi. Məqalədə hətta əl ilə çəkilmiş çılpaq qadın rəsmi içində Trampla Epşteyn arasında xəyali dialoqa da yer verilmişdi.
Tramp isə bu iddianı “Truth Social” hesabından təkzib edərək, xəbəri “saxta”, “WSJ” qəzetini isə “iyrənc və çirkli bir əski parçası” adlandırmışdı.
O, Rupert Merdokun – qəzetin sahibi – bu məsələ ilə bağlı məhkəmədə ifadə verməsini səbirsizliklə gözlədiyini də qeyd etmişdi.