Vaxt.az xəbər verir ki, sözügedən hadisə 7 mayda Hindistanın şimalındakı Akalia Kalan kəndində baş verib. Sakinlər göydə bir alov topunun düşdüyünü müşahidə etdilər. Yerdəki dağıntılar bir döyüş təyyarəsinə aid idi. Təyyarədən atılan İki pilot yaralı halda tapıldı.
Çin Pakistanın əsas silah təchizatçısı kimi bu qarşıdurmada mühüm rol oynayıb. Pakistanın “J-10” döyüş təyyarələri və “PL-15” raketlərinin üstünlüyü bu ssenaridə diqqət mərkəzindədir. Çin, həmçinin Pakistana real vaxtda radar və hədəf məlumatları təqdim etməklə üstünlük qazandırmış ola bilər.
Hindistanın strateji səhvi
Hindistan Silahlı Qüvvələrinin səlahiyyətli şəxsləri etiraf ediblər ki, qarşıdurmanın ilk gecəsində taktiki səhvlər buraxılıb. Müdafiə ataşesi Şiv Kumarın dediyinə görə, siyasi rəhbərlik Hindistan hava qüvvələrinə yalnız militant mövqelərini vurmağı əmr edib. Bu məhdudiyyət bir neçə təyyarənin itirilməsinə səbəb olub.
Bəzi xarici müşahidəçilər hesab edirlər ki, Hindistan “Rafale” təyyarələrini “Meteor” tipli raketlərlə təchiz etməyib və ya Pakistan silahlarına qarşı yetərli elektron mübarizə sistemlərinə malik olmayıb. Üçüncü bir ehtimal isə Hindistanın “missiya məlumatları” çatışmazlığı ilə bağlıdır – yəni, Pakistanın əməliyyat planlarını necə aşkar etdiyini və buna cavab vermə metodlarını Hindistan əvvəlcədən təhlil edə bilməyib.
***
“Rafale” istehsalçısı “Dassault Aviation” Pakistanın üç “Rafale” təyyarəsini vurduğu iddialarını “tamamilə yalan” adlandırıb. Şirkət rəhbəri Erik Trappier bildirib ki, “həqiqət açıqlansa, bir çox insan təəccüblənəcək”. Lakin Fransa parlamentinin bəzi üzvləri bu məsələ ilə bağlı hökumətin aydın mövqe ortaya qoymasını tələb edir.