“Qalatasaray”, həm maliyyə, həm də idman sahəsində böyük addımlar ataraq yeni mövsümə doğru irəliləyir. Sarı-qırmızılılar dünən ilk olaraq “KAP”a (İctimai Açıqlama Platforması) sərmayə artımı ilə bağlı açıqlama təqdim etdilər. Bu prosesə gözləniləndən daha yüksək iştirak olduğu və azarkeşlərin dəstəyi rəhbərliyi rahatlatdığı bildirildi.
Açıqlamaya əsasən, “Qalatasaray”ın 5.4 milyard lirə olan kapitalı 13.5 milyarda yüksəldildi.
1.6 milyard ödəndi, bütün borclar bağlandı
Klub prezidenti Dursun Özbəkin digər addımı “Banklar Birliyi” razılaşmasından çıxmaq oldu. “Florya Projesi”ndən əldə edilən 50 milyon dollarlıq (təxminən 2 milyard lirə) gəlirin 35 milyon avroluq (1.6 milyard lirə) hissəsi banklara olan borcların tam ödənilməsinə sərf edildi.
“Qalatasaray”, “KAP”a etdiyi bildirişlə “Bankalar Birliyi”ndən çıxdığını rəsmi şəkildə elan etdi. Artıq əldə ediləcək bütün gəlirlər (futbolçu satışı və forma, reklam, stadion gəlirləri və s.) birbaşa klubun büdcəsində qalacaq.
Victor Osimen transferi üçün banka təminatı gözlənilir
Bu iki maliyyə addımı ilə rəhbərlik həm xərcləmə limitlərini artırdı, həm də Victor Osimhen transferi üçün tələb olunan banka təminatlarını hazırlamaq üçün addım atdı. “Qalatasaray”ın transfer limiti 200 milyon dollara qalxdı.
Rəhbərlik, futbolçu və “Napoli” klubu ilə razılığa gəlib. Lakin rəsmi imzaların atılması üçün bank təminatlarının tam şəkildə hazırlanması tələb olunur.
Bu səbəbdən “Banklar Birliyi”ndən çıxış prosesi bir gün əvvələ çəkildi. Hərəkətli keçən və keçəcək çərşənbə axşamı–çərşənbə günlərindən sonra bu üç mövzudakı müjdələr sabah keçiriləcək Divan Qurumu toplantısında üzvlərə açıqlanacaq.