Vaxt.Az

Ukraynada korrupsiyaya qarşı mübarizə protestosu


 

Zelenski sənədi imzaladı

Ukraynada korrupsiyaya qarşı mübarizə protestosu Ukraynada korrupsiyaya qarşı mübarizə aparan qurumların səlahiyyətlərini məhdudlaşdıran qanunun qəbul edilməsi etirazlara səbəb olub. Ukrayna Ali Radası korrupsiyaya qarşı mübarizə məqsədilə fəaliyyət göstərən Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAP) səlahiyyətlərini məhdudlaşdıran qanunu qəbul edib.

Parlament sədri Ruslan Stefançuk tərəfindən imzalanan bu qanun ictimaiyyət tərəfindən tənqid olunub və Kiyev başda olmaqla bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib. Yerli media və sosial şəbəkələrə görə, Kiyevdə etirazlar davam edir.

Etirazçılar Prezident Vladımır Zelenskiyə müraciət edərək parlamentin qəbul etdiyi qanuna veto tətbiq etməsini tələb ediblər.

Lakin parlamentin rəsmi internet saytında gec saatlarda yayımlanan məlumata əsasən, Zelenski də həmin qanunu imzalayıb.

Bu arada Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunda çalışan bəzi şəxslərə qarşı başladığı istintaq çərçivəsində, Rusiyanın xeyrinə casusluq etdikləri iddiası ilə iki nəfəri saxlayıb.

 





23.07.2025    çap et  çap et