Vaxt.Az

İşiba istefaya hazırlaşır


 

Yaponiya mediasında yeni detallar

İşiba istefaya hazırlaşır Yaponiya Baş naziri Şigeru İşiba gələn ay vəzifəsindən istefa verməyə hazırlaşır. Bu barədə məlumatı ölkənin aparıcı media qurumları yayıb.

Vaxt.az xəbər verir ki, yerli “Mainichi” qəzetinin 23 iyul tarixli məlumatında qeyd olunur ki, İşiba son həftələrdə siyasi təzyiqlərlə üz-üzə qalıb və istefa qərarını artıq yaxın çevrəsinə çatdırıb. Mənbələrə görə, o, bu qərarını ictimaiyyətə avqust ayında elan edəcək.

Qəzet yazır ki, İşibanın istefası bir neçə amillə əlaqələndirilir:

İctimai dəstəyin azalması, xüsusilə də hökumətin iqtisadi islahatlar və enerji siyasəti ilə bağlı addımlarına qarşı artan narazılıq;

Hakim partiyanın daxili parçalanması və bəzi fraksiyaların İşibaya qarşı mövqe sərgiləməsi;

ABŞ ilə əldə olunmuş gömrük və avtomobil vergilərinin azaldılması sazişi fonunda milli maraqlarla bağlı narahatlıqlar.

***

Digər nüfuzlu media orqanı “Jiji Press” isə iqtidar partiyasından yüksək vəzifəli bir mənbəyə istinadən bildirib ki, İşibanın istefa müraciəti artıq hazırlanıb və o, 15 avqust tarixindən sonra prosesi rəsmiləşdirə bilər.

Xatırladaq ki, ABŞ ilə Yaponiya arasında son günlərdə əldə edilən yeni ticarət razılaşmasına əsasən, ABŞ avtomobillərinə və ümumi gömrük rüsumlarına tətbiq olunan tariflərin 15 faizədək azaldılması nəzərdə tutulur. Bu razılaşma Yaponiya daxilində həm təriflənsə də, həm də sərt tənqidlərə səbəb olub. Tənqidçilər bu addımı milli sənayenin “qurban verilməsi” kimi qiymətləndirirlər.

 

Gözləntilər və ehtimallar

 

Şigeru İşibanın gedişindən sonra Yaponiya Liberal Demokrat Partiyası daxilində yeni lider axtarışı başlayacaq. Ekspertlər mümkün namizədlər arasında sabiq müdafiə naziri Taro Kono və keçmiş xarici işlər naziri Fumio Kişidanın adlarını çəkirlər.

Yaponiyada Baş nazirin dəyişməsi yalnız daxili siyasət deyil, həm də regionda – Çin, Koreya və ABŞ ilə münasibətlər fonunda yeni geosiyasi balanslara təsir edə bilər

 





23.07.2025    çap et  çap et