Əsas qızıl (külçə) qiyməti 0,3 faiz azalaraq unsiya başına təxminən 3,420 dollar səviyyəsində ticarət edildi. Razılaşmaya əsasən, ABŞ-ın mühüm müttəfiqi olan Yaponiya ABŞ-a 550 milyard dollar investisiya qoymaq niyyətindədir. Bu isə qızıl kimi “təhlükəsiz liman” aktivlərinə olan tələbi azaldıb.
Dünya ölkələri avqustun 1-dən əvvəl yeni ticarət razılaşmaları əldə etmək üçün yarışarkən, investorlar xüsusilə Çinlə aparılan danışıqlarda irəliləyiş barədə aydınlıq gözləyirlər. ABŞ Maliyyə naziri Skott Bessent çərşənbə axşamı verdiyi açıqlamada, gələn həftə Stokholm şəhərində Çinli tərəfdaşları ilə üçüncü raund danışıqların keçiriləcəyini bildirib. Danışıqların məqsədi tariflərin atəşkəsini uzatmaq və müzakirələri genişləndirməkdir.
Bakı vaxtı ilə saat 6:41-də spot qızıl 0,3 faiz azalaraq onsu 3,422.09 dollar səviyyəsində idi. “Bloomberg Dolar Spot İndeksi” isə əvvəlki sessiyada 0,4 faiz azalmanın ardından 0,1 faiz artım göstərdi. Gümüş, platin və paladyum qiymətləri isə aşağı düşdü.