Bessent deyib ki, Avropa ilə danışıqlarda müsbət dinamika hiss olunur, lakin 27 üzvü olan blokun ortaq mövqe formalaşdırması prosesləri ləngidir. Buna qarşılıq, Yaponiyanı nümunə göstərən Bessent bildirib ki, Tokio bir struktur kimi hərəkət edə bilir və ABŞ ilə ticarət münasibətlərində daha ardıcıl addımlar atır. Onun qeyd etdiyi kimi, Yaponiyanı 1990-cı ildən bəri 52 dəfə ziyarət edib və ölkə ilə əməkdaşlığın səmərəliliyinə şəxsən şahid olub.
Japoniyaya qarşı avtomobil tariflərini 25 faizdən 15 faizə endirən razılaşma, həmçinin ABŞ-də həyata keçiriləcək layihələrə 550 milyard dollarlıq investisiya və maliyyə mexanizmlərini də ehtiva edir. Bessent bu paketi Vaşinqton üçün mühüm strateji əməkdaşlıq modeli adlandırıb və bildirib ki, Tokio artıq ABŞ tərəfdaşlığına konkret maliyyə alətləri ilə qoşulur – bu, kredit zəmanətləri və birbaşa investisiyalar da daxil olmaqla bir sıra imkanları əhatə edir.
Digər tərəfdən, Çinlə yeni ticarət mərhələsinə start verilir. Bessent bildirib ki, 28 iyulda Stokholmda keçiriləcək ABŞ–Çin görüşü, indiyədək aparılmış danışıqlardan daha mühüm və strateji olacaq. Burada Pekinin Rusiya və İrandan sanksiyalara baxmayaraq neft alması, eləcə də bir sıra təhlükəsizlik məsələləri müzakirəyə çıxarılacaq. Hazırda qüvvədə olan tarif “atəşkəsi”nin 12 avqustda başa çatacağı gözlənilir, lakin Bessent bu müddətin 90 gün uzadıla biləcəyini və tərəflər arasında gərginliyin azalmaqda olduğunu qeyd edib.